Sülhməramlılar özülərini Makron Fransasının təmsilçiləri kimi aparırlar - deputat Sahib Alıyev
Sülhməramlılar özülərini Makron Fransasının təmsilçiləri kimi aparırlar - deputat Sahib Alıyev
12.08.2021 Sahib Alıyev Tərəfindən

Rusiya Federal Veterinar və Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları Azərbaycandan aparılan meyvə-tərəvəzdə tez-tez güvə, qurd, gözlə, heç mikroskopla da sezilməyən digər zərərvericiləri "tapdıqları" halda həmən ölkənin sülhməramlı adı altında Qarabağa göndərdiyi hərbi kontingenti bir addımlıqlarında Ermənistan Silahlı Qüvvələrinin oradan çoxdan çıxarmalı olduqları tör-töküntülərini "görmür". Və bəzən özlərini bizim dost, strateji tərəfdaş kimi yanaşdığımız Rusiyanın deyil, Makron Fransasının təmsilçiləri kimi aparırlar.

Ona görə də,  bəlkə onların  əhəmiyyətli bir hissəsini Federal Veterinar və Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşlarıyla əvəz etmək lazımdır?
Əgər Rusiya hərbçiləri Ermənistan Silahlı Qüvvələrinin  Qarabağdan çıxarmalı olduqları  tör-töküntülərini göndərməyə nəqliyyat tapmırlarsa,  bizim ikinci Qarabağ savaşında qələbəmizə "sevindiyini" deyən İranın orada davamlı görünən tırlarına doldurub yola sala bilərlər.

Yeri gəlmişkən, Qarabağdakı bu canfəşanlıqlarına   görə İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilib və düz də edilib. Rəsmi Bakının  izni olmadan heç bir dövlət,  o sıradan da Ermənistana və Qarabağdakı separatçı ünsürlərə dəstəyini əsirgəməyən İran Azərbaycan torpağına yük dolu  tırlarını göndərə bilməz.

Visiontv.az