Sülhməramlılar hara, hərbi təlimlər hara? - Bəybala Mirzəyev
Sülhməramlılar hara, hərbi təlimlər hara? - Bəybala Mirzəyev
30.12.2020 Bəybala Mirzəyev Tərəfindən

Rusiyanın sülhməramsızlarının Qarabağda hərbi təlimlərə başlamalarında məqsəd nədir?

Bildiyiniz kimi Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlıları dünən atəş hazırlığı təlimi keçiriblər. Təlimlərdə müxtəlif növ atıcı silahlardan istifadə olunub.

Rusiya tərəfinin rəsmi açıqlamasına inanası olsaq, guya sülhməramlılar bu təlimləri diversiya hücumlarına qarşı döyüş hazırlığı keçmək məqsədilə təşkil ediblər.

İnanaqmı?

Yox, əsla!

Məqsəd heç də bu deyil.

Burda söhbət hansı diversiyadan, diversiya hücumlarından gedə bilər ki?

Kim təşkil edəcək o diversiyanı?

Azərbaycan hərbçilərimi?

Azərbaycanın marağı nədir ki, Rusiya sülhməramlılarına qarşı diversiya hücumuna əl atsın?

Bu bizim tərəfimizdən qeyri-mümkündür.

Bəs ermənilər necə, onlar Rusiya sülhməramlılarına qarşı diversiyaya gedərlərmi?

Prinsipcə, bəli, bu mümkündür.

Lakin bu gün Rusiya sülhməramlıları ilə konfliktə girmək ermənilərin də marağında deyil.

Deməli, Rusiya sülhməramlılarının diversiya hücumlarına qarşı hazırlıq məqsədilə döyüş təlimi keçirməkdə tamamilə ayrı məqsədləri var...

P.S.

"Sülhməramlı" sözü ilə hərbi təlim bir-birinə zidd anlayışlardır. Rusiyanın sülhməramlıları əslində müharibəməramlıdırlar.

Visiontv.az