Sülhməramlı qüvvələrlə bağlı narazılıq pik həddə qədər davam edəcək
Sülhməramlı qüvvələrlə bağlı narazılıq pik həddə qədər davam edəcək
09.09.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağda bundan sonrakı fəaliyyətində hərhansı bir müsbət tendensiyalar olmayacaq. Əgər, sülhməramlı qüvvələr neytral mövqe tutacaqlarsa, Qarabagda ermənilər bu ərazini tərk edəcək.

Rusiya məhz 10 noyabr razılaşmalarının həyata keçirilməsində ona görə maraqlı deyil. Əgər, bu öhdəliklər yerinə yetirilərsə, Rusiya sülhməramlı qüvvələrinə qarşı ermənilərin mənfi fəaliyyəti biruzə verəcək. Məhz Rusiya Qarabağda sülhün və təhlükəsizliyin ona görə təminində maraq deyil. Qarabağda Azərbaycanla Rusiya arasında sülhməramlı qüvvələrlə bağlı narazılıq pik həddə qədər dava edəcək.

Azərbaycan Türkiyə ilə Qarabağda məhz buna görə də təlimlərə başlayıb. Rusiya açıq şəkildə Qarabağda anti-azərbaycan siyasətini davam etdirir.

Amma, baş verən proseslər Azərbaycanın leyhinə reallaşır.

Rusiya tərəfi Qarabağda daha da ağır silahlar və şəxsi həyta yerləşdirilməsinə çalışacaq. Demək olar ki, burda sülhməramlı kimi deyil, birbaşa Azərbaycan və Ermənistana təzyiq etmək üçün hərbi baza kimi istifadə etməyə cəhd edəcək. Dörd il ərzində bütün fəaliyyət Rusiyanın buradan çıxarılmasına yönəlməlidir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az