Su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı münasibətilə təbrik edirik-deputat Ramin Məmmədov
05.06.2020

Sabirabadda kənd təsərrüfatı sahələrinin suvarılması və suyun itkiyə getməməsi üçün yeni beton su kanallarının tikintisi aparılır. Minbaşı kənd ərazi vahidliyində tikilmiş və məsafəsi 10 kilometrdən çox olan yeni çəkilmiş beton su kanalı 2500 hektar əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuşdur.

Beton su kanalı istifadəyə verildikdən sonra Yaxa Dəllək kəndinə suyun ötürülməsində müəyyən çətinləkilər yaranmışdır. Bununla bağlı həmin ərazinin sakinləri tərəfindən qərargahımıza müraciət ünvanlandırılmışdır. Aidiyəti təşkilatlarla apardığımız müzakirələrin nəticəsi kimi, Yaxa Dəllək kəndinin su probleminin həlli üçün yeni beton su kanalının tikintisinə başlanılmışdır.

Hal-hazırda ümumilikdə 1200 hektardan çox əkin sahələrini və həyətyanı yaşayış yerlərini su ilə təmin edəcək kanalda tamamlama işləri aparılır. Fürsətdən istifadə edərək, yaranmış çətinliyin aradan qaldırılması üçün əməyini əsirgəməyən Su təsərrüfatı və meliorasiya işçilərinə təşəkkürümü bildirir və onları peşə bayramları münasibətilə təbrik edirəm.

Visiontv.az