Sınaq imtahanına qeydiyyat başlayıb
12.01.2022

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə növbəti sınaq imtahanına qeydiyyat elan edilib.

Visiontv.az xəbər verir ki,  DİM-dən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi fevralın 13-də qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:

III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 13-də Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra fevralın 20-də əlavə olaraq coğrafiya fənni üzrə imtahan verəcəklər.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.