"Shusha Chess 2022" turnirində VI tura start verilib
23.09.2022

Şuşada təşkil olunan ilk beynəlxalq şahmat turnirinin rapid yarışlarında VI tura start verilib.

Visiontv.az Report.az saytına istinadən məlumat verir ki, ilk gedişi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib. Sonra yarışın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının 1-ci Vitse-prezidenti Faiq Həsənov A.Kərimova xatirə hədiyyəsini təqdim edib.

Qeyd edək ki, bu gün rapid yarışında daha 4 tur oynanılacaq. Sabah şahmatçılar blitsdə yarışacaq. Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək.