Son 4 ay yarım ərzində Şərqi Azərbaycanda 327 nəfər dəm qazından zəhərlənib.
Bu barədə əyalətin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat yayıb.
Onun sözlərinə görə, zəhərlənənlərdən 15-i həyatını itirib.
Statistikanın açıqlanması ilə eyni vaxtda Təbrizdə ölümlə nəticələnən daha bir zəhərlənmə faktı qeydə alınıb.
Bildirlib ki, şəhərin Höccəti küçəsində 45 yaşlı ana və 7 yaşlı övladı dəm qazından zəhərlənən həlak olub.
Məlumata görə, hadisə istilik sisteminin nasazlığı və qaz sızması nəticəsində baş verib.
visiontv.az