Separatçılar olan yerdə “atəşkəs” ola bilməz
Separatçılar olan yerdə “atəşkəs” ola bilməz
30.11.2022 MEDİA Tərəfindən

Erməni siyasətçilər və ekspertlər qabaqdangəlmişlik edərək Azərbaycan ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını açıqlayırlar.

Onlar son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını bununla əlaqələndirirlər. Bu gizli mövzu deyil, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir. Rusiya “sülhməramlı kontingenti” də ermənilərlə yenə səs-səsə verərək  “Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub” açıqlamasını yayıblar. Bu bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var. “Dağlıq Qarabağ” bölgüsü yoxdur, “separatçıların postu” olmamalıdır, bu Azərbaycanın ərazi bütövlüyünə ziddir, nəhayət separatçılar olan yerdə “atəşkəs” ola bilməz. Bütün bunlara görə də sülhə hələ çox var.

Elxan Şahinoğlu

visiontv.az