SEPAH-ın sözçüsündən ifrat bənzətmə: “Xameneyinin rolu ancaq peyğəmbərlə müqayisə edilə bilər”
19.11.2025

SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini, İranın ali rəhbəri Əli Xameneyinin ölkədəki rolunu ifrat dərəcədə şişirdib. O, iddia edib ki, Xameneyinin rəhbərliyi yalnız peyğəmbər ilə müqayisə edilə bilər.

12 günlük müharibəyə dair açıqlamasında Naini, Xameneyinin dünya siyasətindəki və hərbi sistemlərdəki rolunun bənzərsiz olduğunu vurğulayıb:

"Ali rəhbərin rolu heç bir siyasi və ya hərbi sistemlə müqayisə oluna bilməz. Onu yalnız imamlar və İslam peyğəmbəri ilə müqayisə etmək olar”.

visiontv.az