SEPAH "Əzəmətli Peyğəmbər" təlimlərinin ikinci mərhələsinə start verib
19.02.2025

SEPAH 19-cu Quru Qoşunlarının "Əzəmətli Peyğəmbər" təlimlərinin ikinci mərhələsi İranın cənub-qərbində başlayıb.

GünazTV xəbər verir ki, təlimin bu mərhələsi Kirmanşahın Ezgeləl bölgəsində quru qüvvələrinin təhlükəsizlik təliminin birinci mərhələsi ilə yanaşı, ölkənin cənub-qərbində SEPAH quru qüvvələrinin komandanı Sərdar Pakpurun iştirakı ilə, "Əzəmətli Peyğəmbər-19" əməliyyat təliminin ikinci mərhələsi isə SEPAH-ın müxtəlif bölmələri və qruplarının iştirakı ilə başlanıb.

Bu mərhələdə İran İnqilabı Keşikçiləri Korpusu quru qoşunlarının ixtisaslaşmış bölmələri müxtəlif hücum və müdafiə əməliyyatları, meşə əməliyyatları və irimiqyaslı zirehli, raket, mikrodron, PUA-lar, hava-desant və artilleriya hücumlarının həyata keçirilməsini qarşıdakı günlərdə də davam etdirəcək.

Xatırladaq ki, Fevralın 4-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı "maksimum təzyiq" siyasətinə dair sənədi imzaladı. Ekspertlər İranın keçirdiyi davamlı təlimləri Trampın tətbiq etdiyi "maksimum təzyiq" sənədinə cavab tədbirləri kimi dəyərləndirirlər.

Milli Təhlükəsizliyə dair Prezident Memorandumu/NSPM-2" adlanan sənəddə ABŞ-nin İranla bağlı siyasəti aydın şəkildə ifadə olunur: "ABŞ-nin siyasəti bundan ibarətdir ki, İranın nüvə silahı və qitələrarası ballistik raketlər əldə etməsinə imkan verilməsin, Tehranın regional şəbəkəsinin və təcavüzkar kampaniyasının qarşısı alınsın, SEPAH və onun proksi qüvvələri zəiflədilsin, onlar destruktiv fəaliyyətlərini təmin edən maliyyə qaynaqlarından məhrum edilsin, İran rejiminin raket proqramının inkişafı, asimmetrik və adi silahlar istehsalı dayandırılsın. Bunun üçün İrana qarşı mövcud sanksiyaların var gücü ilə işləməsi, onları pozan şəxslər və qurumlara qarşı sərt tədbirlər görülməsi nəzərdə tutulur.

visiontv.az