Mən onu Hacı kimi yox, Həsənli kimi tanıdım
Mən onu Hacı kimi yox, Həsənli kimi tanıdım
02.03.2023 Şöhrət El-Dəniz Tərəfindən

Hacı Şahinlə cəmi bir dəfə görüşmüşük. Söhbətimiz dindən, elmə qədər getdi. Və mən onu Hacı kimi yox, Həsənli kimi tanıdım.

Dinin həqiqi tərifini deyənlərin çoxu mübahisə obyektinə çevrilib.

Daim hədəf olublar.

Hacı Şahin adı da istisna deyil. Onun da dini hədəfi, özünü hədəfə cevirib.

Daha çox tərifi verilən Hacı statusu, Həsənli soyadını arxa plana keçirsədə, mən onu Şahin Həsənli intelektində tanıyıb, dəyərləndirdim.  

Hacılığından qaynaqlanan fikirləri, çoxlarının ürəyinə yol tapıb. Buna görə 8-ci cümləm bəlkə də anlaşılan olmdı…

Amma, bu o demək deyil mən Şahin Həsənlinin Hacılıq intelektinə dəyər vermirəm.

Verirəm…

Amma mənim Şahin Həsənli kimi verdiyim dəyərlər siyahısında sizin verdiyiniz dəyərlər varmı?

Sizin Hacı kimi verdiyiniz dəyərdə, Şahin Həsənlinin vəhhabiliyin qanlı qılıncına sancılmış “doğru” Quran anlayışına qarşı intelektli mübarizəsi varmı?

İranın  “nur” simasına bürünmüş İblis adlı ağasını ifşa etməyi varmı?

Bəlkədə var…

 Hacı Şahin tək Hacı kimi danışmır, o həmdə intelekt adamı, filosof kimi cəmiyyətin qarşısına çıxıb.

Hacı kimi deyiləsi sözləri, Həsənli kimi izah edir ki, “hacı”ların mübahisəli, qanlı-qadalı mövzularından başı dumanlı gəncləri, ətalətdə olan cəmiyyəti, bəlalı ölkəni qorusun.

Buna nail olur?

Mübarizə, hərəkət düşmənin ifşa olunması üçün ən yaxşı üsuldur.

Hacı Şahin Həsənlinin mübarizəsi, hərəkətliliyi düşməni ifşa edib, çıxdığı deşiyə soxursa deməli nail olur.

Şöhrət El-Dəniz

visiontv.az