Şəhidimimiz Gəncədə dəfn olunub
04.06.2021

Vətən müharibəsinin şəhidi Elvin Mustafayev Gəncədə dəfn olunub.

Visiontv.az-ın xəbərinə görə, Elvin Mustafayevin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, şəhər İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.

Mərasimdə yaylım atəşi açılıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb.

Elvin Mustafayev 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

Elvin Mustafayev evli olub, 3 övladı var.

undefined

undefined

undefined

undefined

undefined

undefined