Səfir Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidentinə təqdim edib
26.03.2023

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.

Visiontv.az Apa - ya əsasən xəbər verir ki, səfir bu barədə Twitter-də paylaşım edib.

O yazıb ki, Azərbaycan Respublikasının İsraildə 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə Etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyur.

Visiontv.az