İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanla Cənubi Qafqazdakı son durumu müzakirə edib
25.03.2023

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Visiontv.az Apa.az - a istinadən məlumat verir ki, bu barədə Ş.Mişel öz “Twitter” hesabında yazıb.

O, liderlərlə regiondakı son durumu müzakirə etdiyini bildirib.

Aİ Şurasının Prezidenti Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.