Şantaj "mətbuat"la işləyən Mətbuat xidmətləri
Şantaj "mətbuat"la işləyən Mətbuat xidmətləri
03.02.2021 Şöhrət El-Dəniz Tərəfindən

Dövlət qurumlarının mətbuat xidmətlərinin fəailiyyətini uzun müddətdir izləyirəm. Əksəriyyətini tanıyıram. Hətta bəziləri ilə bir yerdə işləmişik.

Amma özləri bilməsə də, çoxunun mənim kimi baş redaktorlarla problemləri var. İnformasiya vermək, qurumda baş verən hadisələrə münasibət, keçirilən brifinqlərə, mətbuat konfranslarına dəvət və qurum rəsmilərindən müsahibənin götürülməsində tərəfkeşlik etmələri mətbuat-qurum arasındakı münasibətlərə işgüzar zərər vurur. Nədənsə əksər nazirliklərin və digər rəsmi qurumların mətbuat xidmətləri daha çox nazirini və yaxud qurum rəhbərini ağına-bozuna baxmadan tənqid və təhqir edən "mətbuat"la və bir də rəsmi mətbu orqanları ilə işləməyə üstünlük verir. Onlarda hər iki tərəfə olan asılılıq, yerdə qalan digər sağlam mətbu orqanlarına münasibətdə biganəlik və saymazlıq vərdişlərini yaradıb. Elə bir şərait yaradıblar ki, ciddi məlumat almaq üçün və yaxud keçirilən mətbuat konfransalarına, brifinqlərə dəvət almaq üçün gərək biz də əvvəlcədən həmən nazirliyin, qurumun rəhbərinin neçə məşuqəsi, neçə milyard pul oğurladığını, rüşvət və korrupsiya ilə nə qədər mülkə sahib olduğu barədə ağına-bozuna baxmadan informasiya verək ki, qorxub, çəkinib bizim də səsimizi eşitsinlər.

P.S. Əslində qorxduğunuz mətbu orqanların şantaj xarakterli məlumatlarından fərqli olaraq bizim kimi abırlı mətbuat nümayəndələrində daha dəqiq informasiya olur. Sadəcə biz özümüzə hörmət qoymağı bilirik. Və kiminsə şəxsi həyatını mətbuatda müzakirəyə çıxarmırıq. Ona görə əziyyət çəkib siz də bizə adekvat münasibət bəsləyin.

visiontv.az