Samir Şərifov kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi iddiasına münasibət bildirib
25.11.2022

“Parlamentdə çıxışlarda Azərbaycanda kişilərin 47 %-nin 65 yaşına çatmadan dünyasını dəyişdiyi deyilmişdi. Bu, tamamilə yanlış rəqəmdir”.

Visiontv.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2021-ci ildə 76 878 nəfər dünyasını dəyişib, onların 40 minindən çoxu kişilərdir: “Vəfat edən kişilərin 21 339 nəfəri 65 yaşdan yuxarı olub. 47 % anlamına yalnız bu göstərici uyğun gəlir. 5 milyon 74 nəfər kişi var, onların 6,7 % 65 yaşından yuxarıdır, 93,3 % 65 yaşına çatmayanlardır. Məntiqi olaraq daha yüksək çəkiyə malik olan 93,3 % hissənin dünyasını dəyişməsi kifayət qədər məntiqlidir. Həmin qruplarda 65 yaşına qədər dünyasını dəyişən kişilər 0,4 %-dir. Beləliklə, son illərin ölüm ehtimallarına əsasən, yeni doğulanların 79,5 %-i 65 yaşına çatıb. Kişilər üzrə bu göstərici 75,3 %, qadınlar üçün isə 85,1 %-dir”.

APA