Şahmat Federasiyasına yeni prezident seçilib
26.11.2021

Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Visiontv.az Apasport.az-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Ardınca AŞF-in son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Elman Rüstəmovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. 2007-ci ildən prezident funksiyasını yerinə yetirən Rüstəmov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Tədbir iştirakçıları vitse-prezident Mahir Məmmədovu 4 il müddətinə AŞF-in prezidenti seçiliblər.

Konfransda komandalararası Avropa çempionatında bürünc alan qadınlardan ibarət yığma üzvlərinə hədiyyə verilib.

Qeyd edək ki, Mahir Məmmədov FİDE-də vitse-prezident postunu tutur.

Elman Rüstəmov