Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək
Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək
28.11.2022 Azəriqaz Tərəfindən

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq.

Aksiya Təzəkənd  ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabr ayının 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Visiontv.az