Şagirdlər 4 istiqamət üzrə yoxlanıldı
11.01.2022

Bərdə Rayonu Qazaxlar Kənd tam orta məktəbinin İbtidai siniflərdə oxu və yazı texnikasının yoxlanılması məqsədilə bu gün məktəbin  II sinif şagirdlərinin monitorinqi təşkil olunub.

Monitorinq məktəbin direktor əvəzi Zövqiyyə  Əsədova və təlim-tərbiyə işləri üzrə direktor muavini Aidə müəllim tərəfindən aparılıb. 

Monitorinq zamanı şagirdlər 4 istiqamət üzrə yoxlanıldı:

Oxu texnikasında sürətli və düzgün oxu, şüurlu oxu və yazı texnikasında düzgün yazı, səliqəli yazı istiqamətlərində yoxlanılıb.

Əldə olunan məlumatlar emal olunduqdan sonra hədəflər müəyyənləşdiriləcəkdir. Növbəti monitorinqlər ilə müqayisəli təhlil aparılacaqdır.

Visiontv.az