Ruslar Ukraynaya nüvə başlığı daşımaq üçün nəzərdə tutulan raketlər atırlar - Baş Kəşffiyat İdarəsi
Ruslar Ukraynaya nüvə başlığı daşımaq üçün nəzərdə tutulan raketlər atırlar - Baş Kəşffiyat İdarəsi
04.07.2022 MEDİA Tərəfindən

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisini nüvə zərbələri endirmək üçün nəzərdə tutulmuş Sovet X-22 raketləri ilə atəşə tutur.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov  RBC-Ukraynaya müsahibəsində bildirib.
"Bunlar təkcə köhnə sovet X-22 raketləri deyil, bu, nüvə zərbələri endirmək üçün nəzərdə tutulmuş raketdir. Bu raketlərin bir kilometrə bərabər, müsbət və ya mənfi dəqiqlik dərəcəsi var və nüvə zərbələri endirmək üçün nəzərdə tutulub”, - deyən Budanov Rusiya Federasiyasından gələn raket təhlükəsinin hələ də davam etdiyini vurğulayıb.

Onun fikrincə, yaxın gələcəkdə rus işğalçıları hələlik nüvə silahından istifadəyə əl atmayacaqlar.

“Rəsmi düşmənçilik ritorikasına və “biz bütün dünyanı radioaktiv külə çevirəcəyik” kimi bəyanatlara baxmayaraq, onlar açıq şəkildə başa düşürlər ki, nüvə silahından istifadə Rusiyanın sadəcə parçalanmasını sürətləndirəcək”, - Baş Kəşfiyyat İdarəsinin rəhbəri izah edib.

Əli Əliyev

visiontv.az