Ruslar gün gələcək Ukraynadakı itkilərinin hesabını soracaq: İndi bu barədə danışanı uzunmüddətli həbs gözləyir
Ruslar gün gələcək Ukraynadakı itkilərinin hesabını soracaq: İndi bu barədə danışanı uzunmüddətli həbs gözləyir
04.07.2022 MEDİA Tərəfindən

Rusiyada gün gələcək Ukraynadakı itkilərinin hesabını soracaq və müharibənin səbəb və nəticələrini ciddi müzakirə edəcəklər. İndi bu mümkün deyil, tabu var, müzakirə edəni uzunmüddətli həbs gözləyir. Ancaq hesab sorulacaq gün uzaqda deyil.

İkinci Çeçen müharibəsindəki bir nümunəyə müraciət edək. 2000-ci ilin martın 2-də Rusiyanın Pskov desantçılarına Çeçenistanın dağ kəndlərindən birinin yolunu nəzarətə götürmək tapşırığı verilir. Rus desantçılar bu tapşırığı yerinə yetirməyə macal tapmamış qarşılarında minlərlə çeçen döyüşçünü görürlər. Atışma başlayır, nəticədə 84 rus hərbçisi öldürülür.

Rusiyada 20 ildir həmin desantçıları xatırlayır, hərbi komandanlığın yanlış olaraq desantçıları minlərlə çeçenlə üz-üzə qoyduğunu yazırlar. Rusiya 20 il əvvəl Çeçenistanın həmin dağ kəndində itirdiyindən də çox döyüşçünü bəlkə də hər gün Ukraynada itirir, ancaq bu barədə hələ danışmırlar, real statistikanı dərc etmirlər. Ancaq Rusiya cəmiyyəti və ekspertləri necə ki, 20 il əvvəl döyüşdə öldürülən Pskov desantçılarını xatırlayır, Ukraynada itirdikləri on minlərlə döyüşçüsünü uzun illər xatırlayacaqlar. Hazırki miqyas daha dəhşətlidir.

Elxan Şahinoğlu

visiontv.az