Rusiyanın qonşularına iddiaları - bu torpaqları biz sizə hədiyyə etdik
Rusiyanın qonşularına iddiaları - bu torpaqları biz sizə hədiyyə etdik
29.06.2021 Müşfiq Məmmədov Tərəfindən

“Bu torpaqları biz sənə hədiyyə etdik. Bizdən uzaqlaşmağı heç ağlınada gətirmə yoxsa, hədiyyəmizi geri alarıq”.

Bu sözlər Rusiyanın Qazaxıstan siyasətini əks etdirir.

Sovet İttifaqı dağılmasına baxmayaraq Rusiya keçmiş Sovet respublikaları üzərindəki təsir gücünü itirməməyə çalışır.Nəticədə Qarabağ,Dnestsyanı, Donbas kimi konfliktlər yaranır.Növbə artıq Qazaxıstandadır.Dünyanın ən böyük ərazisinə sahib olmasına baxmayaraq Rusya niyə hələdə qonşularına qarşı ərazi iddiasındadır?

Rusyanın dövlət televiziya kanalında çıxış edərək, “Tarixdə Qazaxıstan adlı bir dövlət olmadığını,o torpaqların Rusya və Sovet İttifaqı tərəfindən qazaxlara hədiyyə edildi”yini dilə gətirən Dumanın deputatı V.Nikonov əslində yeni bir şey deməmişdir. “Qazaxlar heç bir zaman dövlət qurmadı” deyən Putinin sözlərini təkrarlamışdır.

Qazaxıstan olduqca vacib stratejik coğrafi məkanda yerləşməkdədir.Bir tərəfində ucsuz bucaqsız Rusiya,digər tərəfi isə sərhəd tanımadan dünyaya açılmağı hədəfləyən və türk torpaqlarının onlara tanrı tərəfindən hədiyyə edildiyinə inanan Çin var.Ortada isə 200 ildir ən ağır işkəncələrə məruz qalmış ,dinindən ,dilindən ayrılan , ziyalılarını itirmiş ,süni aclığa məhkum edilərək əhalisinin böyük bir hissəsini itirmiş bir Türküstan xalqı var. Mendeleyev cədvəlindəki elementlərin 80% i torpaqlarında rastlanan Qazaxıstan həmdə ərazisinə görə dünyanın 9-cu böyük dövlətidir. Təbii qaz  rezevrlərinə görə dünyada 19-cu, neft rezevrlərinə görə isə 12-ci yerdədir.Bu qədər zənginliyə baxmayaraq Qazaxıstanın ən böyük problemlərindən biri əhalisinin azlığıdır. Bu geniş ərazidə sadəcə 18 milyon insan yaşamaqdadır.Ölkənin bu vəziyyəti bəzi qonşularının iştahını qabardır.

Qazaxıstanın Rusiya ilə olan 7200 km-lik sərhədinin olması və müstəqilliyinin ilk illərində ölkə öhalisinin 37%-nin  rus olması , Orta Asiyanın ən böyük ölkəsini Rusiyaya qarşı çox diqqətli olmağa məcbur etmişdir. Rusiya federasiyasında hakimiyyətə Putinin gəlməsi ilə keçmiş Sovet respublikalarında yaşayan rus əhaliyə qarşı Kremlin marağı artmağa başladı.Hətta Rusiya parlamenti, “Xarici ölkələrdə yaşayan rus əhalisinə qarşı təhlükə yarandığı zaman mudaxilə edə bilmək hüququ “qərarı çıxardı. Bu qərarla gələcəkdə qonşu ölkələrə ordu yeridə bilmək üçün siyasi zəmin hazırlamış oldu. Qazaxıstan Rusiyanın bu siyasi həmlələrini görüncə həm ölkə əhalisinin sayını artırmaq, həmdə ölkədə qazaxların sayını artırmaq məqsədi ilə xaricdə yaşayan qazaxları ölkəyə geri dönməyə dəvət etdi .

Özünü SSRİ-nin varisi elan edən Rusiya Federasiyası ittifaqdan çıxan respublikaları böyük hədiyyələrlə ayrıldıqlarını , Rus torpaqlarını öz ərazilərinə qatdıqlarını iddia etməyə başladı.”Sovet İttifaqından ayrılan ölkələr öz baqajlarına böyük ölçülərdə tarixi rus torpaqlarını qatdılar və bunun ardından birlikdən çıxmaq qərarı verdilər.” Bu sözlər Rusya Federasiyası prezidenti Putinə aiddir. Bu iddia gələcəkdə qonşu ölkələrə təyziq göstərə bilmək və daxili işlərinə qarışa bilmək üçün siyasi əsas yaratmağa imkan verirdi.

Rusiya SSRİ-nin dağıldığını qəbul etmir və bunu 21-ci əsrin ən böyük faciəsi adlandırır. Rusiyanın digər yüksək çinli məmurlarıda bu fikirdədir. Bu isə cəsədi məzardan çıxarmağa çalışmaqdır.

Qazaxıstan, hər nə qədər Rusiya və Çin istəməsədə qonşularıyla sərhədlərini dəqiqləşdirən ilk Orta Asiya dövlətidir.

Rusiyanın cənubunda yerləşən Orenburq,Həştərxan,Omsk,Tümen kimi şəhərlər tarixən qıpçaqların ən sıx yaşadığı qazax türklərinin torpaqlarıdır.Orenburq əslində Orınbor ,türkcə bir kəlimədir. Vacib məqamlardan biri isə 20-ci əsrin əvvəllərində yaranmış qazax dövlətinin paytaxtı olmasıdır. Qazax xalqının ilk siyasi partiyası olan ALAŞ partiyası və sonralar Türküstanda qurulmuş müstəqil türk dövləti Milli Alaş Orda hökümətidə Orınborda qurulmuşdu. Bu tarixi faktlarla qazaxlar Rusiya ya işğalçı olduqlarını və rusların adlarını dəyişdirdiyi tarixi torpaqlarını heç vaxt unutmayacaqlarını xatırladırlar.

Dünya quru ərazisinin 8-də 1-nə sahib olan Rusiyanın məqsədi Orta  Asiyada yeni ərazilər əldə etmək deyil. Bu ölkələrdə nüfuzunu qoruyub saxlamaq və artırmaqdır. Yeni torpaqlar əldə etmək isə əksinə Rusyanı nüfuzdan salar,güvənilməyən partnyor imici yaradar. Nümunə olaraq Moldovadan ayrılmaq istəyən Dnesteryanı bölgəsi Rusiya ya birləşmək istəyərkən Rusiyanın bunu qəbul etməməsini göstərmək olar. Kırım bu kateqoriya ya daxil deyildir . Çünkü Kırım Rusiyanın isti dənizlərə açılan tək qapısıdır və oraya NATO-nun yerləşməyinə heç bir şəkildə icazə verə bilməzdi. Bu səbəbdən də Krımı itirmək qorxusuyla özünə ilhaq etməkdən başqa seçimi qalmamışdı.

Rusiyanı narahat edən məsələlərdən biridə bu bölgədə artan Çin nüfuzu və buna müqavimət göstərə bilməyəcək qədər zəif iqtisadiyyata sahib olmasıdır. Sovet iqtisadiyyatı zamanı Qazaxıstan əsasən kənd təsərrüfatı ölkəsi olmuşdur və infrastruktura yetəri qədər diqqət ayrılmamışdır. İndi isə  Çinin şərqdən qərbə uzanan yol və ticarət planları Rusiyaya meydan oxuyur.

İpək yolu proektində Rusiya mümkün qədər yolun daha böyük hissəsinə nəzarət etməyə çalışır. Çünkü bu yolun Çin ərazisindən Qazaxıstan ərazisinə daxil olduqdan sonra yalnız Xəzərin şimalında Rusiya ərazisinə keçməyi proektlərdən biridir.  Rusiya isə əksinə yolun onun ərazisinə Orenburq,Omsk , Çelyabinsk kimi  ərazilərdə daha tez daxil olmasını istəyir. Beləcə Rusiya bu proektdə əsas oyuncu olacaq və Qazaxıstana söz sahibi olmaq fürsəti verməyəcək.

Beləliklə Rusya bölgənin ən böyük ölkəsi olan Qazaxıstan üzərində nüfuzunu gücləndirmək və daxili işlərinə müdaxilə etmək istəyir.

Rusiya rəsmilərinin siyasi ritorikası gələcəkdə ata biləcəkləri  addımlara bir işarədir.Rusyanın belə bir mövqe sərgiləməsi, Qazaxıstanı tədbirlər görməsinə ,öz daxili siyasətinə yenidən baxmasına, latın əlifbasına keçid,şəhər adlarının milliləşdirilməsi,qazax dilinin daha geniş istifadə olunması kimi milli siyasətini ön plana çıxarmasına məcbur etmişdir.

Qeyd etməli olduğumuz məsələlərdən biridə ikinci Qarabağ müharibəsində Türkiyənin tutduğu mövqedən sonra haqqında tez-tez danışılan türk birliyini gücləndirmə çağırışlarıdır. Bu Rusiyanı artıq narahat etməyə başlamışdır. Zəngəzur yolunun açılmasında baş verən gecikmənin səbələrindən birinin də bu olduğu ehtimallar içərisindədir.

Nəticə: Qərb və Çinə qarşı apardığı mübarizə fonunda Rusiya əlində olan sonuncu müttəfiqlərinidə yavaş yavaş itirməkdə və özünə qarşı nifrət qazanmaqdadır. Hər yeni əsrdə yeni nəsillər doğulur. Hər yeni əsrdə qətliama məruz qalan türk xalqları isə heç vaxt mübarizə ruhunu itirməmişdir. Cünkü mübarizə və azadlıq türklərin ikinci adıdır.

Müşfiq Məmmədov

Visiontv.az