Rusiyanın kəşfiyyat PUA-ları tükənib - Britaniya kəşfiyyatı
21.05.2022

Rusiya qoşunları bu sürətlə dronları itirməyə davam etsələr, onların döyüş effektivliyi daha da pisləşə bilər. Şünki kəşfiyyat PUA-ları Rusiya Federasiyasına Ukrayna hədəflərini vurmağa kömək edir.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” səhfəsində məlumat verilir.

Britaniya kəşfiyyatı izah edir ki, Rusiya-Ukrayna müharibəsində pilotsuz uçuş aparatları (PUA) hər iki tərəf üçün mühüm rol oynayır, baxmayaraq ki, onlar əhəmiyyətli dərəcədə sıradan çıxırlar. İHA-lar həm tez-tez vurulur, həm də elektron müdaxiləyə qarşı həssas olduğunu üçün sıradan çıxırlar.

Rusiya Suriyada istifadə etdiyi taktikadan yararlanaraq PUA-lardan istifadə etməklər hədəfləri müəyyən edib və onları döyüş təyyarələri və ya artilleriya ilə məhv edir. Amma bubunla belə ruslar kifayət qədər dronlar itirirlər. Bunu kompensasiya etmək üçün isə kifayət qədər resurslar yoxdur. Sanksiyalara görə yerli istehsal imkanları məhdudlaşıb ki, bu da vəziyyəti dahada ağırlaşdırıb. Rusiya indiki sürətlə PUA-larını itirməkdə davam edərsə, Rusiya kəşfiyyat və müşahidə qüvvələrinin imkanları daha da pisləşəcək və bu da əməliyyat səmərəliliyinə mənfi təsir göstərəcək".

Qeyd edək ki, Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan bəri Rusiya qoşunları 460-dan çox pilotsuz uçan aparatı itirib.

Aytən Əlizadə

visiontv.az