Rusiyanın informasiya siyasətində erməni amili və Azərbaycan-Şöhrət El-Dəniz
Rusiyanın informasiya siyasətində erməni amili və Azərbaycan-Şöhrət El-Dəniz
24.07.2021 Şöhrət El-Dəniz Tərəfindən

Son illər Rusiya mətbuatının bir əldə cəmləşməsi istiqamətində ciddi addımlar atıldı. Bu gün vaxtilə NTV-də olan Kiselyov komandasını, Şenderoviçi, Parfyonovu görmək mükün deyil. Qərb mətbuatı tərəfindən qəbul edilən, hörmət bəslənilən həmin peşəkar kadırların əksəriyyəti mətbuatdan və televiziyalardan uzaqlaşdırıldı. Onların yerinə şantajı, qorxunu, xofu təbliğat ruporuna çevirən Solovyovlar, Babayanlar, Simonlaynlar və İrada Zeynalova kimi millətini danan “peşəkar”lar gəldi.

Hətta vaxtilə ABŞ və Qərbin mediq qurumlarında hörmətlə qarşılanan Pozner belə artıq ciddiyə alınmayacaq bir fiqura çevrilibdir. Və bunu sübutunu onun ad gününü Tibilisidə keçirmək cəhdində gördük. Pozner özünü cəmiyyətə nə qədər demokrat düşüncəli jurnalist kimi sırısa da, tanıtsa da əslində rus şovinisti Jirinovskidən, Solovyovdan və digərlərindən fərqli görsənmədi. Onun üçün Gürcüstan, Azərbaycan, Ukrayna və digər post-sovet ölkələri Rus imperiyasının ərazisi, vassalı hesab olunur. Ona görə ərazi bütövlüyünü tanımadığı, hörmət etmədiyi Gürcüstanda nümayişkar şəkildə ad günü keçirmək istədi. Bununla sübut etmək istəyirdi ki, "biz postsovet ölkələrini müstəqil yox, əylənmək, ad günü keçirmək üçün Rusiyanın bir əyaləti hesab edirik". Amma Poznerin bu hiyləgər fikrini gürcü ziyalısı, siyasi elitası anladı və onu Tbilisidən iti qovan kimi qovdu.

Ermənipərəst mövqüe tutan Rusiya mətbuatın ən sanballı ifşasını isə müharibə vaxtı Prezident İlham Əliyev etdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev RTR-in “60 dəqiqə” verilişində iştirakı zamanı, 12 dəqiqə efirdə dediklər hələ də öz aktuallığını itirməyib. Prezidentimiz 30 illik Ermənistan-Azərbaycan konfliktinə Vətən müharibəsi kontekstindən 12 dəqiqəyə elə qiymət verdi ki, əlavə suallara ehtiyac qalmadı. Nə İlham Əliyevdən sonra çıxış edən Paşinyanın qorxu içində dediyi rabitəsiz fikirləri, nə aparıcılar, nə də verilişdə iştirak edən politoloqlar Azərbaycan prezidentinin ortaya qoyduğu məntiqə adekvat cavab verə bilmədilər. Prezidentimizin səlist fikri qarşısında RTR auditoriyası Azərbaycanın haqlı savaşının şahidinə çevrildi. Aparıcıların ermənipərəst mövqeyi belə vəziyyəti dəyişə bilmədi. Hazırlıqlı politoloqların ermənilərin xeyrinə manevr etmək cəhdləri isə məntiqsiz göründü. Tam mat vəziyyətinə düşdülər. 60 dəqiqəlik veriliş İlham Əliyevin 12 dəqiqəlik çıxışı ilə başladı və sona çatdı. Geridə qalan 48 dəqiqə ərzində isə aparıcılar yalnız efiri doldurmağa çalışdılar. Bunu onların əsəbi davranışından və vəziyyəti düzəltmək cəhdlərindən anlamaq çətin deyildi. Amma əlahəzirət həqiqət və məntiq öz sözünü demişdi. Prezident İlham Əliyev Paşinyan və onun ermənipərəst Rusiya televiziyasını Azərbaycan əleyhinə silsilə verilişlər hazırlayan aparıcılarını 12 dəqiqəyə çökdürdü.

Şantaj, hədə-qorxu, xof yaratmaq cəhdi

Gördüyünüz kimi bu gün Rusiya təbliğat maşınına xidmət edənlər özlərini nə qədər demokrat, söz azadlığının carçısı kimi aparsalar da MDB respublikalarına münasibət də şantaj, hədə-qorxu, xof yaratmaq yolunu tuturlar. Poznerlər, Solovyovlar, Simonyanlar bilir ki, onlar Qərb mətbuatına çoxdan uduzublar. Və onları ciddiyə alan yoxdur. Ona görə özlərini MDB məkanında daha rahat hiss edirdilər. Amma son illər MDB məkanında Rusiyadan uzaqlaşma meyilləri göstərir ki, Kreml digər sahələrdə olduğu kimi informasiya məkanında da öz mövqeyini itirməkdə davam edir. Ona görə getdikcə ritorikasında Avrasiyaçılıq, SSRİ-nin bərpası, işğal, müharibə terminlərini daha çox istifadə edərək qorxu ilə nəzarəti bərpa etməyə çalışır. Amma MDB-yə daxil olan respublikalar dərk edirlər ki, bunların təbliğat düsturu yalan üstündə qurulub. Artıq Ukrayna, Gürcüstan Rusiya mətbuatından tamamilə imtina edib, yaxına belə buraxmır.

Növbə Azərbaycanındır…

Biz də mütləq bu millətin beynini zəhərləyən, qorxudan, həyacanlandıran, inandırmağa çalışan Rusiya-Ermənistan təbliğat maşınından imtina etməliyik. Vətən müharibəsi sübut etdi ki, Rusiya təbliğat maşını bütün gücü ilə erməni tərəfə işləyir. Rusiyada az adam tapıldı ki, Azərbaycanın apardığı haqq savaşına obyektiv münasibət bildirsin. Bütün telekanallar, verilişlər bir məqsəd güddülər-Azərbaycana qarşı təxribat, qorxu, xof siyasətini dəstəkləmək. Ona görə bizim məqsədimiz Türkiyə mətbuatını plazdarm kimi istifadə edərək Qərbə-ABŞ-a çıxmaqdır. Bu baxımdan Prezidentin göstərişi ilə Azərbaycan-Türkiyə birgə informasiya platformasının yaradılması ilə bağlı müqaviləsi sübut etdi ki, bizim Qərb mətbuatına çıxışımız Türkiyə vasitəsilə mümkündür. Hal-hazırda Qərb media nəhəgləri Türk mətbuatı ilə işləməyə üstünlük verir, onların informasiyalarına etibar edir. Bunu prezident İlham Əliyev də gözəl bilir. Ona görə müharibə başlayandan müsahibə verdiyi əsəs informasiya resursları Türkiyəyə məxsus oldu. Rusiya, qeyd etdiyim kimi, bu cəbhədə uduzub və onlara inanan yoxdur. Ona görə də bizim cəmiyyətin şüuruna yeridilən rus xofunu çıxarmaq üçün Türkiyə və Qərb mətbuatı ilə ciddi işləməliyik. Bu baxımdan MEDİA agentliyinin Türkiyənin televiziya və media qurumlarına məsul olan strukturları ilə əməkdaşlığı, bir yerdə hazırlanan layihələr təqdirə layiqdir və daha da inkişaf etdirilməlidir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

visiontv.az