Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı hüquqları məhdudlaşdırılmalıdır
Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı hüquqları məhdudlaşdırılmalıdır
18.08.2022 MEDİA Tərəfindən

Rusiya beynəlxalq hüququ pozduğuna görə BMT Təhlükəsizlik Şurasından kənarlaşdırılmalıdır. Bu barədə İsveçrə parlamentinin üzvü, Xarici Əlaqələr Komitəsinin üzvü Nikolas Valder məlumat verib.

"Mən hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasının üzvlərinin, xüsusən də daimi üzvlərin beynəlxalq hüquq çərçivəsində öhdəlikləri olmalıdır. Rusiya və hətta Çin kimi beynəlxalq hüquqları böyük ölçüdə pozan ölkələrin hüquqları məhdudlaşdırılmalıdır". dedi..

İsveçrəli siyasətçi qeyd edib ki, Rusiyanın hüquqlarının məhdudlaşdırılması “BMT-nin öz nüfuzunu saxlaması və hər şeydən əvvəl beynəlxalq nizamımızın əsaslarını qorumaqda davam edə bilməsi” üçün zəruridir.

Valder misal kimi Rusiyanın Ukraynaya qarşı təcavüzünü və xüsusən də Zaporojye vilayətinin Enerqodar şəhərindəki Zaporojye AES-də rus işğalçılarının hərəkətlərini göstərib.

"Rusiyanın Ukraynadakı Zaporojye AES-də və digər nüvə obyektləri ətrafında törətdiyi terror aktları və manevrlərindən çox narahatam. Rusiya tərəfdən bu, beynəlxalq hüquqa və beynəlxalq təhlükəsizliyə etinasızlıqdır. "İsveçrəli parlamentari vurğulayıb.

visiontv.az