Rusiyanın 120 min miqrantın ölkədən çıxarılması haqqında qərarı sırf siyasi xarakter daşıyır-deputat Nəsib Məhəməliyev
Rusiyanın 120 min miqrantın ölkədən çıxarılması haqqında qərarı sırf siyasi xarakter daşıyır-deputat Nəsib Məhəməliyev
17.04.2021 Nəsib Məhəməliyev Tərəfindən

Bu qərar təkcə azərbaycanlı miqrantlara qarşı deyil. Müəyyən istisnalarla, MDB-dən olan digər respublikalardan olan miqrantlara da aiddir.

Rusiya Federasiyası  əvvəllər də beynəlxalq vəziyyətdən asılı olaraq müxtəlif dövlətlərə siyasi təzyiq vasitəsi kimi, miqrantların deportasiya olunması praktikasından istifadə etmişdir. 
Bu günlərdə Türkiyəyə turist axınının qarşısını almaq üçün aviasiya uçuşlarının müvəqqəti ləğv olunması, daha əvvəl kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər nəzərdə tutan qərarlar qəbul etdi. 
Adətən, bu tipli qərarlar, ölkələrarası münasibətlərdə gərginlik yarandıqda və yaxud geosiyasi maraqlar toqquşduqda təcili şəkildə verilir. Bu qərarlar indiki halda Azərbaycan və Türkiyəyə təzyiq anlamına gəlir. Rusiya kimi böyük dövlətə şərəf gətirmir. Eyni zamanda ölkəmizlə formalaşmış dostluq münasibətlərində etimadslzlıq mühiti yaradır. Düşünürəm ki, qeyri-məhsuldar olmaqla, müvəqqəti qərardır. Rusiya özü Qərbin sanksiyalarından əziyyət çəkir. Ən çətin zamanlarda tarix boyu müdafiə etdikləri Yunanıstan və digər dövlətlərdən fərqli olaraq, məhz Türkiyə və Azərbaycan Rusiyanın yanında olmuş, dəstək vermişlər. Təəssüf ki, qonşu ölkənin siyasi isteblişmentində kifayət qədər imperiyapərəst, ermənipərəst qüvvələr region dövlətlərinin konstruktiv əməkdaşlığında maraqlı deyillər.
visiontv.az