Rusiya sanksiyalar "yağış"ı altında - Bəybala Mirzəyev
Rusiya sanksiyalar "yağış"ı altında - Bəybala Mirzəyev
03.03.2021 Bəybala Mirzəyev Tərəfindən

Avropa İttifaqının (Aİ) Aleksey Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq etməsinin ardınca, ABŞ da Rusiyaya sanksiyalar tətbiq etdi.

Belə ki, ABŞ-ın Ticarət Nazirliyi, Maliyyə Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar Rusiyanın bir sıra təşkilatlarına, şirkətlərinə və rəsmi şəxslərinə sanksiyalar tətbiq edilib.
Görünən budur ki, Navalnının həbsi Rusiyaya həqiqətən də baha başa gələcək. Çox güman ki, Putin hadisələrin bu cür kəskin bir ssenari üzrə cərəyan edəcəyini gözləmirmiş.

Putin heç özü də istəmədən ötən əsrin 80-ci illərində Qorbaçovun Yeltsinə münasibətdə yol verdiyi səhvi təkrarladı. Həmin vaxt Yeltsin Qorbaçov tərəfindən tənqid və təzyiqlərə məruz qalmasının sayəsində populyarlaşdı və Qorbaçov üçün əməlli-başlı baş ağrısına çevrildi.

Putin də eyni yolu gedərək adi bir blogger olan Navalnını 1 nömrəli müxalifət liderinə çevirdi və indi də bu səhvinin "meyvə"lərini dərməkdədir.

Sanksiyalar onsuz da ciddi iqtisadi sıxıntılar yaşayan Rusiyanı daha da zəiflədəcək.

P.S.

Putin hazırda aldığı ağır zərbələrdən rinqdə müvazinətini itirmiş boksçulara bənzəyir.

Visiontv.az