Rusiya müharibədən sonra Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığa son verilməsini istəyirdi
Rusiya müharibədən sonra Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığa son verilməsini istəyirdi
31.08.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Prezident İlham Əliyevin keçən həftə CNN Türk verdiyi müsahibdə göstərdi ki, Rusiya və Ermənistan vəziyyəti gərginləşdirib. 10 Noyabr Bəyannaməsinin bir neçə bəndi və 11 yanvar üçtərəfli razılaşmaları artıq yerinə yetirilmir. Demək, razılaşmalar pozulub və situasiya gərgin olaraq qalır.

Rusiyanın Ermənistanı silahlandırılmamasına prezidentin qeydləri və açıq şəkildə Rusiya müdafiə nazirinin adını açıqlaması və 30 il ərzində verilən həmin silahların Bakıda sərgidə nümayiş olunmasını qeyd etməsi, Moskvaya ciddi mesaj idi. Yəni, bundan sonrada verilən həmin silahlar növbəti dəfə Bakıda sərgilənə bilər. Prezident Ermənistanın verdiyi mina xəritələridə həqiqəti əks etdirmədiyini vurğuladı. Göründüyü kimi, Yerevan hərfürsətdə Azərbaycana qarşıdır. Artıq bundan sonra, saxlanılan erməni diversatlar Ermənistana qaytarilmaycaq. Rusiya Ermənistanı silahlandırılmaqla, artıq Yerevanla sülh müqaviləsinin bağlanmasına Moskva imkan verməyəcək. Mən daima qeyd etmişəm ki, Rusiya iki ölkə arasında sülhün əldə edilməsinə və "Zəngəzur" dəhlizinin açılmasına qarşıdır. Ümumiyyətlə, Rusiyanın nəyinə lazımdır Zəngəzur dəhlizi. Əgər, Ermənistanla sülh əldə edilsə, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Rusiyanın Qarabağda mövcudluğuna ehtiyac olmayacaq. Rusiya buna gedəcəkmi?! Təbii ki, getməyəcək. Ona görə də Azərbaycan prezidenti situasiyanın gərgin olduğunu qeyd etdi və mesajlarını verdi. Məhz prezident müsahibə əsnasında gərgin idi. Rusiyadan açıq şəkildə inciyib. Çünki, Rusiya üçtərəfli razılaşmaları yerinə yetirmir və Qarabağa Ermənistan ordusunu gətirir. Prezident ümid etdiyini qeyd etsə də, buna son verilməsi mesajını verdi. Qeyd edim ki, ötən ay Moskvada prezident İlham Əliyev V. Putinlə görüşündən sonra vəziyyət gərginləşib. Həmin vaxtda belə bir şərh yazdım ki, Moskva görüşü nəticəsizdir və gərginliklər gözlənilir. Çünki Rusiya Azərbaycanın KTMT üzvülüyünə məcbur edir və Türkiyə ilə hərbi ittifaqa qarşıdır. Məhz Rusiya müharibədən sonra Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığa son verilməsini istəyirdi. Təbii ki, Azərbaycan buna getmədi. Qarabağda lokal hərbi əməliyyatlara və sərhəddə ermeni təxribatlarına qarşı ciddi hərbi əməliyyatlar mümkündür.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az