Rusiya Finlandiya sərhəddinə nüvə başlıqlı "İsgəndər" ballistik raketlər yığır
16.05.2022

Helsinki NATO-ya üzv olmaq niyyətini elan edəndən bir gün sonra Rusiya “İsgəndər” ballistik raketləri ilə yüklənmiş yük maşınlarını Finlandiya sərhədinə daşımağa başlayıb.

Bu barədə Britaniyanın Daily Mail nəşri məlumat yayıb.
Nəşr Rusiya sosial şəbəkələrində yerləşdirilən videoya istinadən qeyd edir ki, nüvə başlıqları ilə təchiz olunduğu ehtimal edilən “İsgəndər” raket kompleksləri Finlandiya ilə sərhəddə yerləşən Vıborq şəhərinə doğru irəliləyir: “Finlandiya prezidenti NATO-ya qoşulduqlarını elan edən kimi "İskəndər"in bütöv bir diviziyası Vıborqa doğru irəliləyir”.

Nəşr xatırladır ki, bazar ertəsi Rusiyanın Xarici İşlər Nazirliyi İsveç və Finlandiyanın NATO-ya daxil olmaq planlarını səhv hesab edərək, nəticələrəinin yaxşı olmayacağını bildirib.

Əli Əlizadə

visiontv.az