Rus dilində məktəblərin olmaması üçün gərəkdir rus dilində danışmaq istəyənlər də olmasın
23.09.2021

Bakıda rus dilinin kökü çar Rusiyasından gəlir. 1848-ci ildən bu yana Bakını neft və sənaye şəhəri kimi quran çarizm burada əsas ünsiyyət dili kimi rus dilini bərqərar etdi. Sovet dövründə də bu ənənə qorundu.

Nəticədə bir neçə nəsli rus dilində danışan, oxuyan, yazan, yaradan xeyli sayda azərbyacan köklü ailələr formalaşdı.

Rus dili həmçinin İranın və Türkiyənin azərbaycanlı cəmiyyətinə təsir faktorunun qarşısını alan əsas sipər sayılırdı.

2-ci Nikolayın 1906-cı ildə keçirdiyi təhsil islahatının bir mühüm məqamı Bakıda avropa stilində rus təhsili verən "üsuli-cədid" məktəblərinin açılmasına yönəlmişdi. Məktəb açmaq üçün kreditlər verən çar höküməti bununla ənənvi molla təhsilinə və Türkiyə təhsilinə qarşı müstəvi yaratdı.

Bu gün ölkədə aktiv rus dili yalnız paytaxtı əhatə edir. Regionlarda bu dil artıq işlədilmir.

Əvəzində Türkiyə türkcəsi böyük populyarlıq əldə edib. 25 il əvvəl Türkiyə türkcəsi çətin anlaşılırdısa bu gün Azərbaycanda türk dili artıq işlək status qazanıb.

İngilis dili də böyük bir kəsim üçün işlək dilə çevrilir.

Çoxlu dil bilmək yaxşıdır. Amma əsas odur ki, Mirzə Cəlilin "Anamın kitabı"nın personajlarına çevrilməyəsən.

jurnalist Xaqani Səfəroğlu

Visiontv.az