Ronaldo: “O mənim üçün futbol atası kimidir...”
16.01.2023

Portuqaliyalı ulduz Kriştiano Ronaldo “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson haqqında xoş sözlər deyib.

Visiontv.az Sportinfo.az - a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu şotlandiyalı mütəxəssisi tərifləyib:

“Boss lider idi, hər bir oyunçunu ardınca aparırdı. Bu barədə çox demişəm ki, o, mənim üçün futbol atalarından biri kimidir".

"18 yaşımda “Mançester Yunayted”ə gələndə o, məni lazım bildiyi mövqeyə qoydu. Mənə çox şey öyrətdi.

Mənim indi gəldiyim səviyyədə onun da əməyi var. Mənim üçün etdiklərinə görə ona minnətdaram”, - deyə “Mançester Yunayted”in keçmiş hücumçusu vurğulayıb.

FotoJet 2023 01 13T195603.701 copy