Ronaldo: Hələ işim bitməyib
04.05.2022

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubdan ayrılmaq fikrində deyil.

Visiontv.az  xəbər verir ki, portuqaliyalı hücumçu İngiltərə Premyer Liqasının 35-ci turunda "Brentford"a qalib gəldikləri matçdan (3:0) sonra televiziya kameralarına bunları deyib: "Hələ işim bitməyib".

Bununla da, o, klubda qalmaq istədiyinin mesajını verib.

Qeyd edək ki, Ronaldo sözügedən görüşdə penaltidən fərqlənib. Bu, onun Premyer Liqadaa 2021/2022 mövsümündə 18-ci qolu olub.

Xatırladaq ki, 37 yaşlı oyunçunun bu mövsümün sonu "Mançester Yunayted"dən ayrıla biləcəyi barədə xəbərlər yayılıb.