Rəsmi Bakı ATƏT-İn Minsk qrupunun fəaliyyətinə razılıq verəcəkmi? - Məhəmməd Əsədullazadə
Rəsmi Bakı ATƏT-İn Minsk qrupunun fəaliyyətinə razılıq verəcəkmi? - Məhəmməd Əsədullazadə
15.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ATƏT-in Minsk qrupunun həmsdərlərinin son bəyanatına baxmayaraq onların rolu regionda öz möcudluğunu qorumaq və münaqişəni gündəmdə saxlamqdır.

Bu fomatın bundan sonrakı prosesə töhfə verəcəyi mümkün deyil. Həmçinin Minsk qrupu Azərbaycan və Ermənistan arasında normal münasibətlərin qurulmasına əngəl ola bilər. Çünki, iki ölkə arasında sülhün əldə edilməsi həmsdrlərin  fəaliyyətinin sonu deməkdir. Bundan əlavə, Minsk qrupu Qarabağdakı ermənilərin statusunu qabardacaq və danışıqların bu səpkidə aparılmasına çalışacaq. Onların gəlib azərbaycanlı köçkünlərin Xankndinə və Ağdərəyə qayıdışına kömək edəcəklərinə töhfə verməsi mümkün deyil.

Ümumiyyətlə Minsk qrupunun humanitar missiyaya və sülhün əldə edilməsi istiqamətində çalışmalarına ehtiyac yoxdur. Bundan əlavə, ABŞ və Fransanın gəlib burada digər ölkələrdən sülhməramlı qüvvələrin təmsil olunması üçün çağrışlarıda əleyhimizə ola bilər. Beynəlaxlq missiya adı altında gəlib, Rusiya ilə əlbir olub ermənilərin statusunu tələb edəcəklər. Azərbaycan və Türkiyə Rusiyanın öhdəsindən gələcək. Amma, gətirib ABŞ və Fransanı bundan sonra prosesə cəlb etmək münaqişəni gündəmə gətirmək olar. Ona görə də Azərbaycan konkret olaraq Minsk qrupunun fəaliyyətinə son verməlidir.

Üç tərəfli format var. Bakı-Ankara və Moskva formatı davam edir və digər ölkələri bu formata cəlb etmək maraqlarımıza ziddir. Heç,  bu formatda Ermənistan təmsil olunmur. Çünki, Ermənistanla məsələ bitib. Qarabağda Rusiyanın sülhməramlı qüvvələrin məsuliyyət zonasında ermənilərə cavabdeh ölkə Rusiyadır. Ona görə də ABŞ, Fransa gələcək birbaşa ermənilərə dəstək verəcək.

Visiontv.az