Rəqəmsal hökumətdə süni intellektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflərin verilməsi
23.07.2021

Rəqəmsal hökumətdə süni intelektin tətəbiqi həm ölkəmizdə, həm də dünyada kifayət qədər əhəmiyyət daşıyan bir prosesə çevrilibdir. Azərbaycanda Rəqəmsal hökumətin yaradılması istiqamətində indiyə qədər ciddi addımlar atılıb və kifayət qədər nəticələr əldə edilibdir. Amma süni intelektin bu prosesə tətbiqi ilə bağlı addımlar hələ yeni atılır.

Azərbaycanda elektron xidmətlərlə bağlı atdığı ən mühüm addım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanından sonra atıldı. Həmən il Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıması ilə bu prosesə start verildi. Aradan elə də çox vaxt keçməsinə baxmayaraq bu sahədə kifayərt qədər uğurlu addımlar atılıbdır. Belə ki yaradılan mərkəz müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkədə yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir.

Dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “Elektron Hökumət” Portalı vasitəsilə təşkil edilir. Eyni zamanda “Elektron hökumət” Portalının idarə olunmasını və fəaliyyətini təmin etməklə yanaşı təkmilləşdirmə tədbirlərini də davam etdirilir. Məsələn reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidin əsasını qoyan, şəxsi kabinet əsaslı “myGov” portalı vasitəsi ilə davam etdirilir.

Mərkəz, "Elektron Hökumət" Portalı, ASAN Viza, ASAN Ödəniş, ASAN Finans, ASAN Wifi, e-Agro və quruculuq işləri davam edən digər layihələrinin fəaliyyətini təmin edir. Həmçinin icazələrin alınması və monitorinqi sistemi, ASAN login, E-gov.az, ASAN Viza, ASAN-finans, ASAN ödəniş, My.Gov, ASAN.index, və sair xidmətlərlə həyata keçirilir. Bunlardan ən çox tətbirq olunan “MyGov” portalının məqsədi isə təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir.

“myGov” - vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalında qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş həmçinin, şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini  izləmə imkanına sahibdir.

"myGov" portalına giriş “ASAN Login” vahid giriş sistemi üzərindən həyata keçirilir. Portala Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi və digər qurumların informasiya sistemləri inteqrasiya olunub. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.

Rəqəmsal hökumətdə süni intellektin tətbiqi

Süni intelek hal-hazırda dünyanın aparıcı dövlətlərin elm adamlarının düşündüyü və praktik tətbiqinə çalışdığı ən populyar məslələrdən biridir. Bu sahədə kifayət qədər elmi nailiyyətlər əldə edilsə də praktik həllində problemlər hələ də qalmaqdadır. Düzdür bəzi sahələr var ki, süni intelektdən istifadə edilir. Amma bütünlüklə süni intelektə keçid hələ zaman aparacaqdır.

Süni intelek, zəka haqqında fikirlər iki qrupa bölünür. Kimiləri süni zəkanın dünyanı ələ keçirəcəyini, hər şeyi robotlaşdıracağını və işsizliyin artacağını düşünür. Kimiləri isə inkişaf üçün böyük təkan olacağını düşünür. Amma bütün hallarda süni intelekt insan əməyinin, insan faktorunun aradan qaldırılmasına, yüngülləşdirilməsinə xidmət edəcək.

Bəzən süni inteleklə bağlı səhv fikirlər səsləndirilir. Hətta hər hansı bir elektronik alətə süni zəkası var deyə qeyd edənlərdə olur. Amma elə deyil. Hər hansı bir elektronika alətində süni zəka var demək üçün həmin alət bəzi tələblərə cavab verməlidir. İlk öncə insan kimi düşünə bilməlidir, insana xas olan, zəka, məntiq və etik bacarıqlara sahib olmalıdır. Bu sahədə çalışan İtalyan alimləri bildirirlər ki, hal-hazırda süni intelekt uşaq yaşındadır. Nə öyrədilirsə o hərəkətləri icra etməyə başlayır. Yəni yaddaşında öyrədiləni saxlayır.

Dünyada bunun praktik baxımdan çox az sahələrdə tətbiq edilir. Məslən “Apple” şirkətinin Siri və “Google” şirkətinin Aleksa funksiyaları süni intellektin günlük həyatımıza daxil olmuş nümunələrindən biridir. Biz həmin elektronika cihazlarını istifadə etdikcə cihaz bizim bütün ehtiyaclarımızı anlayır, ona ünvanladığımız sualları cavablayır. Hətta zaman keçdikcə bizi ən yaxın ailə üzvlərimiz və dostlarımızdan belə daha yaxşı tanıyır. Artıq sosial media hesabları dostlarımızın dostlarını tapıb bizim qarşımıza çıxarır, bir mövzu haqqında məqalə oxuyub və ya video izləyiriksə, həmin mövzuya oxşar mövzuları bizə təklif edir. Bir alış-veriş saytında çanta axtarırıq və almırıqsa, bir müddət sonra o çantanı bizə yenidən göstərir və s. kimi nümunələr çəkə bilərik. Bunların hər biri süni zəkanın tətbiqinin bariz nümunəsidir. Azərbaycanda da süni intelektlə bağlı bəzi addımlar atılır. Rəqəmsal hökumətdə süni intelektin tətbiqi müxanizminə pandemiya dövründə bir sıra sahələrdə rast gəlmək oldu. Və bu ilk addımlardır. “MyGov”, “ASAN viza”  kimi platformalarda süni intelektin tətbiq edilməsi nümunə kimi göstərmək olar. Dünya təcürbəsindən istifadə etməklə azad edilmiş torpaqlarımızda yeni salınacaq kənd, qəsəbə, şəhərlərdə süni intelektdən istifadə edilməsi də gözlənilir.

Ölkə üzrə təkliflərin verilməsi-"Ağıllı kənd və şəhər" konsepsiyası

“Ağıllı kənd”, “Ağıllı Şəhər» sisteminin əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib süni intelektlə idarə etməkdən ibarətdir. Bu sistem çərçivəsində bütün obyektlərin üzərində mütamadi monitorinq aparılır və məlumatlar toplanır. Həmin məlumatlar təhlil edilir, bunun sayəsində sistem təkmilləşdirilir və daha effektiv hala gəlir. Mütəxəssis qeyd edib ki, “Ağıllı şəhər”lərdə həmçinin “Yaşıl enerji” - bərpaolunan enerji sahələrində müasir texnologiyalar qurulmalıdır: “Bu tipli şəhərlərdə hava çirklənməsini tənzimləmək, torpaq və bitki analizlərinin aparılması üçün metroloji stansiyalar qurulmalı, küçə və prospektlərin işıqlandırılması avtomatlaşdırılmalı və uzaqdan idarəetmə təmin edilməli, sayğacların avtomatlaşdırılmalı, enerji itkisinin qarşısının alınmalı, SMART kənd təsərrüfatı avadanlıqları tətbiq edilməlidir. Həmçinin 5G texnologiyası və ya qurğular arasında daha sürətli məlumat mübadiləsini təmin edən texnologiyaların tətbiq olunması əsas məsələlərdən biridir.

Texniki cəhətdən bütün elementlər müxtəlif qurğular və sensorlarla avtomatlaşdırıldıqdan sonra “Ağıllı şəhər” layihəsinin texniki hazırlıq tərəfləri bitmiş hesab olunur”.

Bu baxımdan müxtəlif dövlət qurumlarının xidməti “ASAN Xidmət” nəzdində bir mərkəzdən vətəndaşlara xidmət göstərməkdədir və bu istiqamətdə bir çox vahid xidmət portalları yaradılıb. Bunu daha da təkminləşdirib “Ağıllı Şəhər” konsepsiyasının bir hissəsinə çevirmək məqsədəuyğun hesab ediləcək.Təbii ki, bu sahədə dünyada tətbiq olunan praktika addımlar analiz edilir və ən effektli olan variant nəzrə alınacaq.

 

Elyana Şıxəliyeva