Reqbi İdman növü üzrə məşqçilər üçün təlimlər keçirilib - FOTOLAR
23.12.2021

Azərbaycan Reqbi Federasiyası və Bədən Tərbiyəsi və İdman Mütəxəssislərinin Təlim-Tədris və İnkişaf Mərkəzi tərəfindən 20-22 dekabr 2021-ci il tarixlərində Qəbələ rayonunda reqbi idman növü üzrə məşqçilik təlimləri keçirilmişdir.

Təlimlərin sonunda rəsmi qonaqlar olan Azərbaycan Reqbi Federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov, regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayev, federasiyanın Baş katibi Əliniyaz Mirzəyev, Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və BTİMTTİM-nin direktoru Miraqil Seyidzadə Gəncə, Sumqayıt, Göygöl, Samux, Şəki, Xocavənd, Şamaxı, Göyçay, Naftalan, Oğuz, Qəbələ, Qarabağ və Qafqaz-Arena reqbi klublarını təmsil edən məşqçiləri müvafiq sertifikatlarla təltif ediblər. İştirakçılara Azərbaycan yığma komandasının baş məşqçisi Vaqif Səadətxan və "Qarabağ" Reqbi Klubunun rəhbəri “World Rugby” Level 1 Coach sertifikatının sahibi Eldar Kərimov nəzəri və praktiki təlimlər keçmişdir.

Eyni zamanda üç gün davam edən təlimin sonunda federasiya rəsmiləri tərəfindən iştirakçılara reqbi topları və il ərzində ölkə yarışlarında qalib olmuş klublara fəxri fərmanlar təqdim etmişlər.

Visiontv.az