“Qruppovoy kayf”, gənclərin orientasiyası, şeytanın səlahiyyəti və sakit ölən adam: Feysbuk gündəliyim
“Qruppovoy kayf”, gənclərin orientasiyası, şeytanın səlahiyyəti və sakit ölən adam: Feysbuk gündəliyim
22.05.2022 Şöhrət El-Dəniz Tərəfindən

Qərara gəldim ki, həftə ərzində Feysbukda yazdığım statusları peşəkar media məkanında da sizə təqdim edim. Çünki bəzi şəxslər deyir ki, sosial şəbəkədə yazılan statuslar, fikirlər ciddiyə alınmır, rəsmi deyil və sair. Halbu ki, camaat sosial şəbəkə vasitəsilə hakimiyyət dəyişir, müharibə aparır, maxinasiyalar, korrupsiyalar aşkarlıyır, cəsuslar ifşa edir. Bizimkilər isə deyir ki, sosial mediada yazılanlar hesabdan deyil. Mən də fikirləşdim ki, hesaba alınması üçün Feysbukda həftə ərzində yazdıqlarımı bir də sayt vasitəsilə sizin diqqətinizə çatdırım. Adı da olsun “Feysbuk gündəliyim”

Həftənin 1-ci günündən bu günə qədər olan statuslar:

***

Demək olar ki, əksər ölkələrin telekanallarına baxıram. Əksəriyyətində də fərqli formada olsada vətənpərvərlik mövzusu daha ciddi və geniş təbliğ olunur. Sanki hamı müharibəyə, savaşa hazırlaşır. Yəni əhalini ciddi nizam altında saxlamağa çalışırlar. Bizim telekanallarda isə müharibə (müvəqqəti) bitən kimi hərə əlinə bir yaylıq alıb bütün günü halay gedir. Eyş-işrət, “qruppovoy kayf”, vur çatlasın yenə pik həddə çatıb.

Anlamaq lazım, dünya barıt çəlləyinə dönüb. Avropa, ABŞ, Rusiya, Ukrayna, Ermənistan, Turkiyə qarışıq əksər dövlətlər, millətlər ayaqda. Bütün ölkələrin baş bilənləri millətin döyüş ruhunu, nizamını yüksəkdə, tempdə tutmağa çalışır. Bizə nolub? Özümüzü niyə ələ ala bilmirik? Aldıq axı 44 günlük savaşda. Təcrübəmiz var axı. Bu təbliğat sistemində vətənpərvərlik tezisini niyə kasad edirsiniz.

***

Stalin deyirdi ki, bu dünyada heç vaxt, heç kimə, heç nəyi güzəştə getmə. Məncə düz deyib. Çox praktik adam olub.

***

Gənclərlə bağlı çox ciddi seksual problemlər var. Elə vəziyyətə salıblar ki, yetkinlik yaşına çatmış gəncin cinsi bəlli olsa da seksual seçim məsələsində problem yaşayır. Bilmirəm kimlər, necə edir, amma gənclik çox iyrənc girdaba bulaşıb. Valideyin çıxılmaz vəziyyətdə psixoloqdan tutmuş cadu-pitiyə qədər əl atır ki, uşağını iyənc seksual orintasiyalı vampirlərdən xilas etsin. İntiharların səbəblərindən biri və bəlkə də birincisi budur. Bəzi valideyinlərin bu barədə hekayələrini eşidirəm, dəhşətə gəlirəm. Normal uşağı elə yoldan çıxardırlar ki, valideyini intiharla şantaj edib, könüllü həmən seksual vampirlərin qucağına düşür, səhv etdiyini dərk edən də isə artıq gec olur. Və növbəti addımı ya intihar olur, ya da psixolojisi pozulmuş, gələcək həyatı məhv olmuş birinə çevrilir. Övladlarınızı bu bəladan və narkotikdən qoruyun. Bircə dəfə laqeyid olub, gözünüzü çəkdinizsə uşaq artıq sizin olmayacaq.

P.S. Uşağa tam sərbəstlik verilməlidir, istədiyi kimi yaşamalıdır fikirləri boş cəfəngiyatdır. Uşağın üstündə ciddi və sərt nəzarət olmalıdır.

***

Türkiyəni KTMT-yə dəvət ediblər. Gülməli görsənə bilər. Amma Putin bu təklifi zarafat üçün, gülmək üçün etməyib. O da gözəl bilir ki, hazırda Türk ordusu hansı tərəfdə olsa ağır o tərəf gələcək. Ukrayna müharibəsi göstərdi ki, uzaqdan raketlə, təyyarə ilə vurub qaçmaqla olmur. Gərək üzbə-üz də döyüşəsən. Ukraynalılar ona görə qalib gəlir ki, üzbə-üz döyüşə bilirlər. Qorxaq deyillər. Türk ordusu hal-hazırda yeganə güclü ordudur ki, həm müasir texniki avadanlığa malikdir, həm də üzbə-üz döyüşməyə qadir ən nizamlı, inamlı, iradəli və qorxmaz əsgərə sahibdir.

Ona görə bu təklifə gülüb keçməyin.

***

Çox vaxt dostlar soruşur ki, bu məmur-vətəndaş münasibətlərindən niyə yazmırsan? Agızucu cavab verib söhbətin istiqamətini çox vaxt dəyişirəm.

Bayaq yenə soruşdular. Hətta tənqid belə etdilər ki, nədən cəkinirsən yaz da.

Cavab verim niyə yazmıram.

1. Məmur-vətəndaş münasibətləri qanunla tənzimlənmir.

2. Biri verir, digəri alır və hər ikisi qanuna tüpürüb öz işini görür.

3. Hay-kuy salan isə ya az verir, ya hansısa qüvvələrin maraqlarına oynayır, ya da qanunsuz nəsə etmək istəyir. Yazib araya girən kimi hər ikisi, məmurla-vətəndaş olur qardaş, sənin də adını dələduz qoyub verirlər məhkəməyə.

4. Vay-şivən salıb yazanların da 90 faizi məmurla vətəndaş arasında maklerlik edir. Mediada çox az yazar var ki, onların dediyinə və yazdığına inanıb, obyektiv hesab edirəm.

Mənim fikrimcə bu iki barışmaz tərəf arasında qanuni münasibətlər işləməyənə kimi yazmağın heç bir əhəmiyyəti yoxdur. Faktı ictimailəşdirmək lazımdır və vacibdir. Cəmiyyət və dövlət baş verən biabırçılığı görməli və bilməlidir. Amma araya girib "ağsaqqallıq" etmək mənasız addımdır.

Ona görə hər iki tərəfin nə dediyinə inanıram, nə də əməlinə. Və yazmıram. Yalnız baş verən konkret fakt barədə fikir bildirirəm. Onada tam əmin olandan sonra.

***

Məncə Pasinyana təzyiq etmək, ictimai rəydə "ne prav" çıxartmaq istəyiriksə onu, Rusiyanın mövqeyindən yox, Avropa ilə bir yerdə sıxmalıyıq. Rusiya ilə bir yerdə təzyiq edəndə belə çıxır ki, Xocalı qatili Kocaryanı və Serj Sarkisyanı dəstəkləyirik.

***

Deməli metroda qatar dayanır, qapılar açılır, qabaqda dayanan çıxmaq istəyəndə vatsapa sevgilisindən mesaj gəlir. Dayanıb cavab yazır, arxada camaat bir-birinin belində bunu gözləyir. Bu yazandan sonra hay-küylə camaat vaqonu tərk edir. Qardaş hər gün iki dəfə metroda bu vatsapın zibilinə keçirəm. Bu nə zülmdür biz düşmüşük. Əlac isə yoxdur. Çünki, eskalatorda hərəkət edən, stansiyada dayanan, vaqona minib-düşən insanların 90 faizinin başı telefonun içində.

***

Dini kitabları ya düz başa düşmürük, ya da ilkin variantından çox fərqlənir. Şeytanın bəşəriyyət üzərində hakimiyyəti mütləqdir və ona insan üzərində tam səlahiyyət verilib.

***

Bu statusu jurnalist dostumuz Qadir İbrahimli vəfat edən gün yazmışdım:

“Dünyadan sakit köçən insanlar abırlı və saf olur. Onların səsi cəmiyyət olmalıdır. Heyif ki, cəmiyyətimiz saf və abırlı insanlara qarşı çox biganədir.

Allah sənə rəhmət eləsin qardaş”.

***

Qaqaşlar var, türmədə pomidor yemirki qırmızdır, "za padlo" sayılır. Bu da qırmızı şalvar, köynək geyinib efirdən oğru panyatkası aparır.

Efirdən belə səydəşlərə baxıb gülməsək və baş verənləri ciddiyə alsaq bəlkə də 3-4 günə ürəyimiz partlayıb ölərik. Ona görə bu camaat hər şeyi lağ-lağıya çevirir.

***

Ruslar öz "dron"ları üçün yanacaq bakını kola butılkasından düzəldib, 2000 km yolu 10 min metr hündürlükdə uçaraq dayanmadan üç ölkəni keçib Bakıya enən Türkiyənin "Akınçı" PUA-sına mız qoyurlar. Bunlar nə həyasız tayfadı. Bu qırmızı həyasızlığı görəsən erməni bunlardan öyrənib, yoxsa əksinə, bunlar ermənidən?

Şöhrət El-Dəniz