Qəzzada HƏMAS və İsrail arasında atəşkəs elan edildikdən sonra İranın ali rəhbəri Əli Xameneyinin sosial media hesablarında paylaşımlar edilib.
Xameneyinin “X” hesabında atəşkəslə bağlı paylaşımda yazılıb: “Bu gün dünya anladı ki, Qəzza xalqının səbri və Fələstin müqavimətinin mövqeyi “sionist rejimi” geri çəkilməyə məcbur edib. Kitablarda yazacaqlar ki, bir gün bir “sionist qrup” ən iyrənc cinayətləri törədib, minlərlə qadın və uşağı qətlə yetirib və sonda məğlub olub”.
visiontv.az