Yazın son günləri olmasına baxmayaraq Tifilisin Botanika Bağında ardıc ağaclarının sarı-yaşıl çiçəkləri hələ də solmamışdı. Qədim müsəlman qəbirstanlığındakı dəfn mərasiminin iştirakçıları son mənzilə yola saldıqları insanla böyük ürək ağrısı ilə vidalaşırdılar. Torpağa tapşırılan Azərbaycan xalalqının Böyük oğlu Fətəli xan Xoyskinin nəşi idi.
O, dünyada yeganə şəxs olub ki, iki dövəltdə dörd müxtəlif nazir postunda fəsliyyət göstərib. Zaqafqaziya Komissarlığında maarif naziri, Azərbaycan Xalq Cümhuriyyətində daxili işlər, xarici işlər və ədliyyə naziri olan Xoyski İlk baş nazir kimi də tariximizin ən parlaq səhifəsinə öz imzasını yazmışdı. Bütün Şərqin və müsəlman dünyasının bir ilki olan AXC demokratik dəyərlərin hakimi-mütləq olduğu, millətlərə və ən müxtəlif etnik qruplara dünyada bərabər hüquqların verildiyi birinci dövlət olmuşdur. Qərbdən fərqli olaraq AXC-də irqi, milli, etnik azadlıqlar kağız üzərində yox, bilavasitə həyatda tətbiq olunması bir həqiqətdir. Cəmi 23 ay mövcud olan cümhuriyyət demokratik dəyərlərin əməli tətbiqində sözün əsl mənasında dünyaya nümunə göstərib. Bütün uğurların memarlarından biri də Fətəli xan Xoyski olmuşdur. O, hər şeydən əvvəl yüksək intellekt sahibi və mənsub olduğu xalqı bütün canı və qanı ilə sevən, ürəyi məsləkdaşları ilə birgə qurub yaratdığı dövəltilə döyünən böyük ziyalı idi. Sözsüz ki, onun xalq sevgisi, vətən naminə gördüyü misilsiz xidmətlər düşmənlərin diqqətindən yayına bilməzdi. Məhz AXC -nin Rusiya tərəfindən istila olunması, Bakıda bolşevik qiyafəsində zühur edən müstəmləkə funksionerləri Xoyskini bağışlamayacaqdı. Moskvanın sifarişilə və bu sifarişi canla-başla yerinə yetirən erməni şərəfsizliyi Tiflisin Rustsvelli küçəsində xaincəsinə açdıqları atəşlə onun daim Azərbaycanla döyünən ürəyini susdurdu.
Ləyaqət və şərəfin nə olduğunu bilməyən erməni xislətinin daşıyıcıları Aram Erkonyan, Misak Qirqoryan elə özlərinə xas alçaqlıqla kürəyindən vurduqları Xoyski xəstaxanaya çatdırıldısa da onun həyatını xilas etmək mümkün olmadı. Ömrünün 44-cü yazının son günləri elə həyatının sonu oldu.
Fətəli xan İskəndər bəy oğlu Xoyski 7 dekabr 1875-ci ildə Nuxada andan olub, Gəncə gimnaziyasını bitirərək Moskva universtetində hüquq təhsili almışdır. Hüquqşunas kimi məhkəmə sistemində çalışmış, Rusiya Dövlət Dumasının deputatı kimi mənsub olduğu xalqı ilə yanaşı bütün imperiyanın müsəlmanlarının da hüquqlarının müdafiəçisi olmuşdur.
AXC- nin yaradılmasına səs verən 24 aydından bir də Xoyski idi. 29 may 1918-ci ildə bir sıra dünya dövlətlərinə ünvanlanan AXC-nin tanınması xahişinin altına nazirlər şurasının sədri kimi imzanı məhz Fətəli xan Xoyskinin atmışdır.
Şərəfsiz və amsnsız düşmən Azərbaycan xalqının böyük oğlunu qətlə yetirdi. Bədbəxt rəzillər hesab edirdi ki, bununla türkə qalib gəlmək olar. Əsla! Türk oğullarının səpdiyi azadlıq toxumları mütləq cücərəcəyi gün olacaqdı. Və oldu da. İndi qəriblikdə uyuyan Xoyskinin məzarüstü abidəsində vaxtı ilə onun məsləkdaşı olan Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi “bir kərə yüksələn bayraq bir daha enməz” deməklə fəxarət duyduğu bayrağın əksi var. Müstəqil Azərbaycanın ay-ulduzlu bayrağı.
Kür vadisindən dərə boyu əsən yellər Tiflis Botanika bağından ardıc ağclarının ətrini Borçalı boyu oymaqlardan keçirərək bütün Gəncəbasar ellərinə aparır. Fətəlinin qəriblikdə dolaşan nakam ruhu isə çin olan arzularından məmnundur.
Ruhun həmişə məmnun olsun!
Pərviz Yəhyalı
visiontv.az