Qərb ölkələri müharibə vaxtı Azərbaycana mane ola bilmədiklərini həzm edə bilmirlər
30.03.2021

Son günlər Almaniyanın Azərbaycana qarşı qərəzli mövqeyi daha qabarıq və aktiv fazaya keçib. Bəzi mütəxəssislər bunu İslamafob və türkfob dairələrin marağında olduğunu bildirir. Bəziləri isə bu münasibətin Fransanın təsiri altında olduğunu qeyd edir. Siyasi şərhçilərin fikrincə Fransada güclü erməni diasporu mövcuddur. Almaniya və Fransa isə Avropa İttifaqının iki lideridir. Ona görə də bütün əsas məsələlərdə ortaq mövqe tutmağa çalışırlar. Bu barədə əməkdaşımız İlahə Əliyeva "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğludan müsahibə götürüb.

-Almaniya mətbuatında və bəzi siyasi dairələrində Azərbaycan qarşı mənfi münasibətin səbəbi nədir?

-Məsələ ondadır ki, Azərbaycanın əldə etdiyi böyük zəfər hələ də bəzi islamafob, türkafob dairələrdə qısqanclıqla qarşılnır. İslamafoblar heç cür həzm edə bilmirlər ki, necə oldu ki, dünya siyasətində hegemon mövqeyə sahib olan Qərb ölkələri Azərbaycana mane ola bilmədilər və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək işğalçı Ermənistana tarixi dərs verdi. Bu mənada Almaniya da istisna təşkil etmir. Biz zaman- zaman Almaniyada yaşayan türklər və müsəlmanlara qarşı bəzi radikal dairələrin təşkil edilmiş təzyiqlərinin hətta cinayətlərinin şahidi oluruq. Bütün bunların səbəbi Avropada kök salmış, islamafobiya, ksenefobiya yəni dini və etnik müstəvidə dözümsüzlük hallarının hələ də mövcud olmasıdır.

-Bu mənfi münasibət Angela Merkeldən sonra hakimiyyətə gələcək qüvvələrin planlı addımıdır yoxsa müvvəqqəti təzyiqdir?

-Əslində bu mənfi tendensiya siyasətçilərdən daha çox mövcud ictimai və mədəni dəyərlər sistemi və orada olan neqativ ictimai iqlimlə yaxud mühitlə bağlıdır. Siyasətçilər isə bundan bəzi hallarda öz siyasi karyeraları üçün istifadə edirlər. Ona görə də hakimiyətdə yaxud müxalifətdə kimin olmasına baxmayaraq istənilən siyasətçi bu faktordan öz lehinə istifadə edə bilər. Çünki həm nəticə etibarilə həmin öklənin siyasətçisi də məhz o ictimai-siyasi mühitin yetrməsidir həm də paraqmatik nöqteyi-nəzərdən siyasətçi kimi bundan istfadə etməyə hazırdır.

-Bu məsələdə erməni diasporasının rolu nə dərəcədə aktualdır?

-Bütün hallarda Azərbaycana qarşı olan hər hansı məsələdə erməni izi tapmaq mümkündür. Ona görə yox ki, ermənil diasporu yaxud lobbi təşkilatları həddindən artıq güclüdür. Ona görə ki, ermənilər xristiyan təssübkeşliyi kartını islamafoblarla asanlıqla bölüşə bilir və bunu Azərbaycana qarşı yönlətməyə çalışırlar. Bu mənada mümkündür ki, Almaniyada da onlar bənzər fəaliyyətlə məşğul olsunlar.

visiontv.az