"Qazanan Türkiyədir, qazanan demokratiyamızdır"
"Qazanan Türkiyədir, qazanan demokratiyamızdır"
29.05.2023 MEDİA Tərəfindən

"Xalqımızın hər iradəsi kimi, bu nəticənin də başımızın üstündə yeri var. Qazanan tək biz deyilik. Qazanan Türkiyədir, qazanan bütün seqmentləri ilə millətimiz, qazanan demokratiyamızdır."

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu prezident seçkilərnin ikinci turundan sonra Prezident Külliyəsinin qarşısına toplanan vətəndaşlara müraciət edən Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib. 

Ərdoğan deyib:

"Ölkəni idarə etmək məsuliyyətini bizlərə yenidən layiq görən millətimin hər bir fərdinə minnətdarlığımı bildirirəm. İstər mayın 14-də, istər 28 mayda hansı partiyanı və namizədi seçməsindən asılı olmayaraq, ölkə daxilində və xaricdə seçkilərə gedərək öz iradəsi uğrunda ayağa qalxan, demokratiyamızın gücünü sübut edən bütün vətəndaşlarıma təşəkkür edirəm. 

Bu gün rəhmətlik Ərbakandan tutmuş, mərhum Türkeşə qədər mübarizələrinə sevgi ilə bağlı xalqın bütün nümayəndələrinin hədəfinə çatdığı gündür. Bu gün 21 ildir ölkəmizə qazandırdığımız əsərlərin, millətimizə etdiyimiz xidmətlərin nəticəsi olaraq Türkiyə Əsrinin müjdəsini vermək günüdür. Bunu sizlərlə edirik, sizlərlə etdik. Xalqımızın hər iradəsi kimi, bu nəticənin də başımızın üstündə yeri var. Qazanan tək biz deyilik. Qazanan Türkiyədir, qazanan bütün seqmentləri ilə millətimiz, qazanan demokratiyamızdır."

İlahə Əliyeva