Qaydaları pozan 20 sürücü cərimələndi
13.04.2021

Goranboy rayonunda reyd zamanı qayda pozan sürücülər məsuliyyətə cəlb edilib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Visiontv.az-a verilən məlumata görə, Goranboy RPŞ DYP Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Reyd zamanı rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 20 sürücü barəsində inzibati protokollar tərtib olunub.