“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb. Klubun rəsmi saytının məlumatına görə, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerun və Mozambik ilə oyunlar üçün milliyə çağırılıb.
Qeyd edək ki, Kabo-Verdenin Kamerunla oyunu martın 22-də, Mozambiklə matçı isə 30-da baş tutacaq.