Qarabağı geri almağımızın əsas səbəbi Azərbaycan ordusu və Ali Baş komdanın qətiyyətli mövqeyidir-Elbəyi Həsənli
Qarabağı geri almağımızın əsas səbəbi Azərbaycan ordusu və Ali Baş komdanın qətiyyətli mövqeyidir-Elbəyi Həsənli
22.07.2021 Elbəyi Həsənli Tərəfindən

Hörmətli Allahşükür Paşazadə, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” fətvası qələbənin carçısı olmayıb. Hər il İran Qüds günü keçirir. Ayətullah Xameneyi də fətva verir. Ancaq nəsə deyişmir.

Qarabağı geri almağımızın əsas səbəbi Azərbaycan ordusu və Ali Baş komdanın qətiyyətli mövqeyidir. Kim bunun əksini iddia edirsə, yalançıdan başqa bir şey deyil. Təbii ki, Azərbaycan Ordusunun hazırlıq səviyyəsinin yüksək olması, ən müasir silahlara yiyələnməsi, hətta Ali Baş komandanın qətiyyəti də müharibəyə başlamaq üçün yetmirdi. Ortada Türkiyənin və İsrailin iradəsi olamsaydı, bu iş, əlbəttə, düzəlməzdi. Özü də Azərbaycan yalnız bu iki ölkə dəstək verməyib.

Bu, üzdə olanlardır. Başqa komponentlər də var. Həqiqət budur ki, bütün bu komponentlərdən biri olmasaydı, hətta hansısa biri istənilən səviyyədə olmasaydı, bu qələbə olmayacaqdı.

Qələbəmizdə İranın payı varmı? Bəzi dostlarımız deyir ki, 1990-ci illərdə İran Azərbaycana hərbi baxımdan kömək edib. Bəli, edib. Ancaq hansı məqsədlə? İran Azərbaycanı da İraq, Livan və Suriyanın gününə düşməsini, Azərbaycanın da İrandan asılı olmasını istəyirdi. Nə yaxşı ki, o vaxt Azərbaycan rəhbərliyi buna razı olmadı. Olsaydı, indi günümüz sarsaq molların hədis adlandırdıqları nağıllara qulaq asmaqla keçəcəkdi...

Visiontv.az