Qarabağdaki ermənilərlə bir yerdə patrul xidmətinin yaradılması fikri yersiz təklifdir
Qarabağdaki ermənilərlə bir yerdə patrul xidmətinin yaradılması fikri yersiz təklifdir
07.12.2021 Bəybala Mirzəyev Tərəfindən

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov erməni silahlılarının Azərbaycan ordusuna və mülki vətəndaşlarımıza qarşı törətdikləri təxribatların qarşısını almaq üçün təklif edib ki, "Qarabağda qanunsuz silahlı birləşmələri ləğv edib üçtərəfli patrul xidməti yaratmaq olar".

Yəni ki, eyni sayda Rusiya sülhməramlıları, Azərbaycan hərbçiləri və Qarabağdakı ermənilərdən ibarət kommersiya əsaslı bir təhlükəsizlik şirkəti yaradılması təklif olunur.

Bu nə təklifdir?

Hazırda Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonası elan edilmiş Qarabağ ərazisində rəsmi olaraq 2 min nəfərə yaxın (qeyri-rəsmi isə daha çox) hərbçisinin mövcud olmasına və üstəgəl Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsinə baxmayaraq ermənilər yenə də təxribat cəhdlərindən əl çəkmirlərsə, kim zəmanət verir ki, üçtərəfli patrul xidməti yaradılandan sonra hər şey yoluna düşəcək?

Belə bir patrul xidməti yaradılacaqsa, onda sülhməramlılar və Birgə Monitorinq Mərkəzi nəyə gərəkdir?
Ankara və Bakı hazırda Birgə Monitorinq Mərkəzinin səlahiyyət və statusunun artırılması istiqamətində səy göstərdikləri halda, patrul xidmətinin yaradılması təklifi tamamilə yersiz təklifdir.

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az