Qarabağda sülhməramlı qüvvələrinin fəaliyyətində təxribatların genişlənəcəyini gözləməliyik
Qarabağda sülhməramlı qüvvələrinin fəaliyyətində təxribatların genişlənəcəyini gözləməliyik
08.09.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya sülhməramlı qüvvələrinin etnik ermənilərin yaşadığı ərazilərdə fəaliyyəti Azərbaycanın suverenliyini təhdid etməklə, yanaşı Kreml buradan Qarabağa tam nəzarət etmək üçün siyasi təziqləri həyata keçirməyə çalışır. Rusiyanın bu siyasətinin qarşısının alınması istiqamətində prezident İlham Əliyev tərəfindən həyata keçirilir.

Rusiya Qarabağda  məhz prosesi  böhrana yuvarlamaq üçün separatçılara tam dəstəyi ifadə etmək üçün Gürcüstanın Abxaziya regionunda hərbi qüvvələrinin komandanını Qarabağda sülhüməramlı qüvvələrinin komandanı vəzifəsinə gətirir. Bundan sonra, biz sülhməramlı qüvvələrinin fəaliyyətində təxribatların genişlənəcəyini gözləməliyik. Bəzən bunu Rusiya tərəfi komandanın "öz fəaliyyəti" olduğunu qeyd edəcək.

Rusiyanın artan siyasi-hərbi təziqlərinin qarşısını almaq və Laçın dəhlizinə nəzarət etmək üçün təzyiqləri artırmaq məqsədilə Türkiyə ordusu ilə Laçında hərbi taktiki təlimlərin keçirilməsi doğru strateji addımdır.

Artıq Türkiyənin hərbi bazasının yaxın vaxtlarda Laçında və  yaxud Kəlbəcərdə qurulmasının şahidi ola bilərik. Türkiyə hərbi bazasının Laçın və Kəlbəcərdə olması Rusiya və Ermənitanın təxribatlarının qarşısını alacaq. Bundan əlavə, Zəngəzurda Rusiyanın 102-ci bazasının hərbi bölməsinin qurulmasına cavabdır.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az