“Qarabağ” son 10 ilin ən yaxşıları arasında
23.03.2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin ən yaxşı futbol klublarını açıqlanıb.2011-2020-ci ilin nəticələrini əhatə edən siyahıda 140 klub yer alıb. Azərbaycan burada yalnız bir klubla təmsil olunub. Belə ki, "Qarabağ” dünyada 98-cidi. Azərbaycan çempionu 1149,5 xala malikdi. Cədvələ İspaniya nəhəngləri başçılıq edir. "Barselona”nın 2877, "Real”ın 2782 xalı var. 3-cü olan Almaniya "Bavariya”sı 2594,5 xal toplayıb.