Qarabağ münaqişəsinin tarixi 30 il deyil, 100 ildən çoxdur - Kənan Rövşənoğlu
Qarabağ münaqişəsinin tarixi 30 il deyil, 100 ildən çoxdur - Kənan Rövşənoğlu
18.12.2020 Kənan Rövşənoğlu Tərəfindən

1919-cu ildə Azərbaycan Cümhuriyyətinin qubernatoru Xosrov bəy Sultanov silah gücü ilə erməniləri AXC-ni tanımağa məcbur edir.

Bu müharibə Qarabağ ərazisində Azərbaycan hakimiyyəti tam bərqərar olunana, rus ordusu Azərbaycan ərazisini tam olaraq tərk edənə qədər bitməmiş sayılır.

Bəli, 44 günlük müharibədə Azərbaycan qalib gəldi, işğal altındakı torpaqları azad etdi, erməni muxtariyyatını ortadan qaldırdı. Amma bu hələ erməni məsələsinin tam həlli demək deyil. Tam həll üçün rus qoşunlarının çıxması və o ərazilərdə Azərbaycan hakimiyyətinin tam şəkildə bərqərar olması lazımdır. Bu, nə zaman olacaq, onu indi demək olmaz. Amma hazırda üstün tərəf bizik, zamanla bu məsələnin qeyd etdiyim formada köklü həlli mümkündür.
Kim deyirsə ki, bunu bir dəfəyə həll etmək olardı, yalan deyir, mümkün deyildi. Bu mərhələdə maksimum olmasa da, böyük həcmdə uğur qazanıldı və birinci mərhələ uğurla xeyrimizə həll olundu. Bundan sonra ağır və uzun bir mərhələ olacaq. Ona görə də, çiy maksimalistliyə gərək yoxdur. Müxalifət siyasətçilərin hakimiyyəti tənqid etməsi anlaşılandır, amma fakt budur ki, bu mərhələdə daha artığını, yəni münaqişəni birdəfəlik həlli mümkün deyildi.

Rusiyanın tənqid olunması, hətta siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının rusların Azərbaycanı tərk etməsini tələb etməsi normal, hətta yaxşı addımdır. Rusiya da görməlidir ki, Azərbaycanda bu məcburi vasitəçilik heç də hamını haqlı olaraq qane etmir. Ermənilərin başını sığallamaqla yanaşı, Azərbaycanın maraqlarını nəzərə almalıdır.

Visiontv.az