Qadınlar niyə intihar edir? -ARAŞDIRMA
19.04.2019

Ceyran Həsənli: Səhv eliyərsənsə sən artıq itdin demək... 

Təqribən son bir neçə həftədə  bir neçə qadın intihar nəticəsində dünyasını dəyişib. Belə hadisələr gündəmdən düşmür. Heç bir səbəb bilinmədən, heç kimə heç nə demədən insanlar intihar edirlər. Statistikaya  baxsaq gün- gündən oglanlar və kişilələrlə bərabər zərif cinsin nümayəndələri  daha seçilirlər son zamanlar . Son baş verən hadisələr, Elinanın intiharı bunu göstərdi. Qadınlar  arasında  hətta yaş  fərqi olmadan da  deyə bilərik ki, qadın intiharı  halları aktuallaşıb dözrümüz üçün. Xüsüsən də bir həftə ərzində özünü asan , dənizə atan və ya hündürmərtəbəli binalardan ataraq intihar edən azərbaycanlı qadınları göstərə bilərik nümünə kimi. Elə anoloji hadisə kimi təxmini bir neçə gündür ki, Türkiyədə tələbə qızın özünü göydələndən atması, iki gün əvvəl dənizdən tapılan qadın meyiti və dünən özünü beş mərtəbəli binadan atan 18 yaşlı gənc qızın intiharını göstərə bilərik.

 Ümumilikdə dünya statistikasında yer alan məlumata əsasən qeyd edək ki, 1937-ci ildən 2010-cu ilə kimi, Golden Gate körpüsündən 1300-dən çox insan intihar edib. İntiharın yayıldığı bir çox yerlərdə bunun qarşısını almaq üçün maneələr qurulmuşdur. Bunlara Parisin Eyfel qülləsi və Nyu-Yorkun Empayr Steyt Bildinqi göstərə bilərik. Bİzdə isə intihar  gizli şəkildə hündürbərtəbəli binadan özünü atma, ya  da dənizə atma şəklində təəssüf ki  baş verir  adətən və buna heç kim maneə ola bilmir.

 Qadınlar nə üçün intihar edir və  səbəblər nələrdir mözusu ilə psixoloq fikrini öyrənmək və bu kimi hallarla necə mübarizə aparmaq olar kimi suallara aydınlıq gətirmək istədik. Həmsöhbətimiz  psixoloq Ceyran Həsənli idi.

 

-Mövzumuz bəllidir, Ceyran xanım. İstəridim birbaşa suala keçid alaq. Son zamanlar qadınların intihar halları artmaqdadır. Hansı şəkildə, formada olsa da bu hal gün- gündən aktuallıq kəsb edir və belə deyək, xəbərlərin əksər hissəsində artıq qadın intiharlarını eşitmək, oxumaq neçə həftədir ki , insanları da depresiyaya və dolayısıyla qorxuya salır.  Axı qadın zərif məxluqdu, zəif deyil deyirlər. Qadınların intiharını nə ilə əlaqələndirə bilərsiniz?

-Ümumiyyətlə əgər götürsək statistikanı intihar halları daha çox yeniyetmələrdə baş verir. Yeniyetmələrin ölüm halı  böyük əksəriyyəti  demək olar ki, intiharla bağlı olur. İnsan yeniyetmə dövründə fiziki sağlamlığının ən yüksək dövründə olur.Təbii ki, bu dövrlərdə adətən xəstəliklərdən deyil, sırf intiharlardan yeniyetmələrin  həyatını dəyişməsi halları baş verir. Bu yeniyetmə dövrünün xüsusiyyətləri ilə də əlaqəlidir. Yeniyetməlik dövrünün çətin dövr olduğunu bilirik və  elə bir uşaq ola bilməz ki, yeniyetməlik dövründə problem yaşamasın. Bu çətin dövrə başqa narahatliqlar da daxil olduqda əlbəttə ki,  yeniyetmələrdə bu hallar baş verə bilir. Belə bir fakt da var ki,  evində valideynlərlə müsanibəti yaxşıdırsa,  o uşaqlar daha az problem yaşayırlar kənarda.

Elinanın  vəziyyətini götürsək əgər onun vəziyyətində narazılıqlar olduğuna, hardasa bir siqnallar olduğuna şahid olarıq. Demək  olmaz ki, intiharlar birdən- birə baş verir. Hər hansı bir göstərişlər olur, ki, onun qarşısını almaq üçün həyəcan təbili çalınsın. Bir anın içində , heç bir göstərici olmadan,  əsas olmadan heç vaxt intihar ola bilməz. İntihar edən insanlar pessimist  yazılar yazırlar və yaxudda başqa  nələrsə edirlər. Bədbinlik hiss olunur bu adamlarda. Fikir versək məsələn bəzi intihar edən insanların  səhifələrinə baxsaq, hiss eliyə bilərik ki, orda bir bədbinlik olub.  İnsanların intihar etməsinin kökündə əslində hamısının komək istəməsi durur. İntihar edəcəyini deyən insana fikir vermək lazımdır, diqqətli olmaq lazımdır ki, nə yaşıyır bu insan. Ümidsiz hiss edən insan  çıxış yolu olmadığını düşünür və intihar edir . Ona görə də  doğmalar bir- birinə qarşı diqqətli olmalıdılar. İstənilən halda bir- birlərinə dəstək olacaqlarını göstərməlidirlər. Səhvə qarşı həddindən artıq kəskin olmaq doğru deyil yaxınları tərəfindən. Qadınlara qarşı xüsusilə bu var. Səhv eliyərsənsə sən artıq itdin demək.  Səhvi bu qədər qabartmaq, qorxu yaratmaq valideynlər  tərəfindən doğru deyil.

 

 Qadınlara gəldikdə isə  düşünürəm ki, burda müəyyən faktorlar var, nə qədər bunu demək çətin olsa da, hardasa  bizim mentalitetdə qadınlara olan münasibətin bir qədər rolu ola bilər. Qadın üçün bəzi hallar o qədər çıxıılmaz, o qədər  utanılacaq  bir hal kimi göstərilir  ki , yaxınları, qohumları tərəfindən  nəticədə qadınlarda bir panika  əmələ gəlir ki,  Allah eleməmiş nəsə alınmasa, ailəmdə problem olsa və yaxudda mənlə bağlı nəsə bir söz deyilsə  ata, ana, qohum-əqrəba içində biabır ola bilərəm. Bu qorxu həqiqətən də bizim qadınlarda  çoxdur.

 -Ümumiyyətlə İntihar nədən yaranır?

- Hansısa travmatik  bir hadisə  intihara səbəb ola bilər, və yaxudda hər hansısa bir xəstəlik, ailə vəziyyəti ,boşanma qadınlar üçün, ailə problemləri  də səbəblər sırasındadır. Ola bilsin ki, hər hansısa temperament tipi də meyllilik yaratsın intihara. Amma bununla yanaşı demek  də olmaz ki, intihara hər meylli insan hər hansı bir ruhi prolemli insandır. Tamam sağlam insanlar da intihar edə  bilərlər. Sadəcə ruh vəziyyəti, depresiyada olması  tam normal insanı intihar etmə durumuna, cəhdinə gətirib çixara bilər.

İntihar nədir? Intihar insanın  həyatına son qoymaq cəhdi və yaxudda istəyidir. Əslində bunlar fərqli bir şeylərdir. Elə buna görə də intiharlar da bölünür. Affektiv, demonstrativ və həqiqi intiharlar var. Həqiqi intiharda ola bilsin ki, günlərlə , ayllarla, insan onu planlaşdırsın və həqiqətən də onun bu həyatı tərk etmək istəyi olur belə olarsa. Onu planlayır, gününü,  ayını və bu şəkildə intihar edir  həmin şəxs. Bu intiharlar əlbəttə ki, əsasən məqsədə çatmaqla sonlanır. Yəni intihar həqiqətən gerçəkləşır. Affektiv intiharlarlar odur ki,  hər hansı bir hadisə, travma baş verəndə affekt halında insan intihar  eliyə bilər. Həmən halda şəxs  öz davranışlarına cavab verə bilmir,  çıxılmaz vəziyyətdə hiss eliyir özünü, ümidsizlik yaranır  və anidən qərar verir -intihar edir.  Bu da təhlükəli bir haldır. Demosntrativ intihar isə hər hansı bir vəziyyəti həll etmək çün intihara  cəhd etməkdir ki, hansı ki diqqəti cəlb eləsin və insanlar görsünlər ki, mənə çətindi, bu məsələni həll eləsinlər mənimüçün, və yaxudda mənə komək eləsinlər  həll eləməyə.  Bu yeniyetmələrdə daha çox olur. Ona görə də çox vaxt  intiharlar ölümlə nəticələnmir. Amma nəticələnənlər də olur əlbəttə ki.

-Qadınların intiharında əks cinsin nə qədər rolu var? Mentalitetdən gələn bəzi xüsusiyyətlər, qadına daha çox məsuliyyətin qoyulmasını, təzyiqi və digərləri haqqında fikrinizi bilmək istərdik.

-Uşaqlığından başlasaq əgər hər bir xanımın həyatında birinci kişi obrazı onun atasıdır. Birinci növbədə atalar qızlarına dayaq olmalıdır və  ana, ata  qız övladına güvənməlidir.  Ən azından kisilər bilməlidilər ki,  təzyiqnən heç bir problem həll oluna bilməz, təzyiq ancaq qorxu yarada bilər. Qorxu da müəyyən bir yerdə partlayıb başqa problemlər yaradacaq.  Hər bir şey sivil insanlar kimi danışaraq çözülməlidir. Nədənsə narazılığı varsa insan bunu danışmalıdır, qəbul eləmirsə uzaqbaşı  bunun bir yolu tapılmalıdır. Qadınlar təzyiqə dözməməlidirlər, kişilər də təzyiqlə həll eləməməlidirlər. Bunu kiçik vaxtlarından qızlarımıza aşılamalıyıq ki,  özgüvənli böyüsünlər.

 

- İntihar təbliğatı bir çox mədəniyyət və submədəniyyətdə mövcuddur. İkinci Dünya müharibəsində Yaponiyada kamikadzelər ən cəsur qəhrəmanlar kimi təqdim olunur, məbədlərdə onların ruhuna dualar oxunur, validyenləri isə ölkənin ən hörmətli insanları sayılırdı. Ümumi olaraq Yapon cəmiyyəti "intiharlara qarşı tolerant" adlanırdı və nəticədə psixologiyada Kiminsə intihar cəhdləri digərin bu hadisəyə baxışı dəyişir və ya belə deyək növbəti intihar halınai təşviq edir və ya asanlaşdırır. Tarixdən gələn ənənə kimi dəyərləndirmək olarmı bunu?

-  Ola bilər ki, bir çox mədəniyyətlərdə bu haçansa qəbul olunmuş hesab olunsun. Bizim  dinimizdə  intihar  heç də yaxşı hal kimi qəbul olunmur, pislənilir. Bu özü çox yaxşı bir haldır. Düşünürəm ki, intihar xəbərlərinin bu qədər yayılması, işıqlandırılması intihara meyllliliyi artırır. Xüsusən də çox tez təsirə düşən yeniyetmələr üçün bu hal belədir.

- İntihar hallarının qarsısını almaq üçün Ictimai rəyi necə formalaşdırmaq olar ?

- İntiharların qarşısını almaq üçün yaxşı yolu insanların psixoloji davamlılığını artırmaqdır. Yəni problemləri necə həll eləmək olar, çətin situasiyalardan necə çıxmaq olar. Dünyagörüşünü dəyişməyə meylli  seminarlar verilə bilər bunun üçün. Psixolqlar hər birimiz dəstək olmalıyıq bunun üçün. Biz psixoloqlar məsələni həll etmək üçün  ilk növbədə belə insanlarla emosional bağ qururuq, onları dinləyirik, anlayırıq, kənardan bir situasiyaya baxmağına kömək edirik.  

Müsahibə üçün təşəkkür edirik.

visiontv.az            Şəlalə Babayeva