Putin və Lukaşenko Dağlıq Qarabağı müzakirə ediblər
15.04.2021

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Visiontv.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dövlət başçıları ikitərəfli gündəmdə duran məsələləri müzakirə ediblər.

Tərəflər Belarus Prezidentinin Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağın nizamlanması mövzusuna da toxunublar.