Prezidentin və ailə üzvlərinin ilaxır çərşənbəni Şuşada keçirməsi tarixi hadisə kimi qəbul edilməlidir
Prezidentin və ailə üzvlərinin ilaxır çərşənbəni Şuşada keçirməsi tarixi hadisə kimi qəbul edilməlidir
18.03.2021 Nəsib Məhəməliyev Tərəfindən

Prezident İlham Əliyevin və ailə üzvlərinin Füzuli, Xocavənd rayonlarına səfərdən sonra ilaxır çərşənbəni Şuşada keçirməsi tarixi hadisə kimi qəbul edilməlidir.

Səfərin mənəvi əhəmiyyəti ondan ibarətdir ki, Novruz, o cümlədən ilaxır çərşənbə Azərbaycan xalqının ən qədim, tarixi köklərə söykənmiş milli mənəvi dəyərləri özündə əks etdirən əziz bayramıdır. Son 30 ildə  Novruz təbriklərinin əsas qayəsini növbəti bayramların  istisnasız olaraq işğal altında olan şəhər və rayonlarımızda keçirilməsi arzusu təşkil edirdi. Axır ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın arzuları çin oldu. Qarabağın soydaşlarımızın yaşadığı bütün bölgələrində üç rəngli bayrağımız dalğalanır, novruz tonqalları yandırılır. 30 il ərzində düşmən tapdağı altında olan torpaqları azad edərək, milyonların xeyir-duasını qazanmaqdan böyük xoşbəxtlik olarmı.

Siyasi əhəmiyyəti ilə bağlı qeyd etmək istərdim ki, Prezident özü şəxsən səfər barədə ətraflı şəkildə ictimaiyyəti məlumatlandırır. Eyni zamanda, özlərini qədim, mədəni millət adlandıran goreşən erməni vandallarının məhv etdiyi qəbiristanlıqları, saxtalaşdırdığı tarixi abidələri faktlarla nümayiş etdirir və beynəlxalq birliyə əsil erməni xislətini göstərir. Aparılan bərpa işləri, gələcəkdə planlaşdırılan infrastruktur layihələri ilə fikirlərini bölüşür. 44 günlük müharibədə biabırçı məğlubiyyətə düçar olmalarına baxmayaraq, dünya erməniliyi fasiləsiz  informasiya müharibəsi aparır,xəstə illyüzalardan əl çəkmir. Buna görə də ölkə Başçısının hər bir səfəri, onların ifşası deməkdir.

Beləliklə, tarixi ədaləti bərpa edən Prezident İlham Əliyev, növbəti mərhələdə düşmənin dağıtdığı şəhərləri, tarxi abidələri bərpa etməklə, hər iki millətin nəyə qadir olduğunu əyani şəkildə dünyaya nümayiş etdirir.

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az